“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunudakı dəyişikliyi Prezident İlham Əliyev təsdiqləyib.
Banker.az xəbər verir ki, yeni qanuna görə, 1.1.21-ci maddədən “ən azı 3 (üç) ay əvvəl” sözləri çıxarılıb.
Buna qədər isə: “sosial iş yeri – işaxtaranlar və işsiz şəxslərin məşğulluğunu təmin etmək və işəgötürənləri həvəsləndirmək məqsədi ilə işəgötürənin ən azı 3 (üç) ay əvvəl vakansiya bankına təqdim olunmuş boş iş yeri üzrə işçinin əməkhaqqının bir hissəsinin bu Qanunla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən maliyyələşdirilən iş yeri”
2-ci bənddə qeyd edilir ki, 25.6-cı maddədə “5 faizindən” sözləri “20 faizindən, lakin hər bir işəgötürən üzrə 10 sosial iş yerindən” sözləri ilə əvəz edilsin;
Buna qədər isə: Hər bir işəgötürən üzrə sosial iş yerlərinin sayı həmin işəgötürənin işçilərinin ümumi sayının 5 faizindən çox olmamalıdır.
3-cü bənddə deyilir ki, 25.7-ci maddədə “digər iş yerləri üzrə” sözləri “eyni vəzifə (peşə) üzrə digər iş yerlərindəki” sözləri ilə əvəz edilsin.
Buna qədər isə: Sosial iş yerləri üzrə əməkhaqqının məbləği işəgötürənin digər iş yerləri üzrə əməkhaqqının məbləğinin 10 faizdən çox fərqlənə bilməz.