“NAS Project” BOKT MMC-nin sahibi Məhəmməd Quliyev Nizami oğlu BOKT-ni yaratdığı gündən bu tərəfə iki dəfə dividend əldə edə bilib.
Banker.az xəbər verir ki, BOKT-nin təsisçiyə 2023-cü ildə 207 min manat, 2024-cü ildə isə 434 min manat dividend ayrılıb.
Bu ödənişlərin ümumi həcmi 641 min manat təşkil edir.
“NAS Project” 2021-ci ildən fəaliyyətə başlayıb. İlk ilini 30 min manat zərər etsə də, 2022, 2023 və 2024-cü illərdə müvafiq olaraq 209 min, 434 min, 589 min manat xalis mənfəət əldə edib ki, bu da ümumilikdə 1 milyon 232 min manat xalis mənfəət əldə edilib.
BOKT-nin bölüşdürülməmiş mənfəəti 560 min manatdır.
Qeyd edək ki, təsisçi indiyə qədər BOKT-yə 1 milyon 300 min manat sərmayə qoyub.