10 C
Baku
Wednesday, December 11, 2024

İş adamı Emin Ağalarov məşhur jurnalı satın alıb

İş adamı və müğənni Emin Ağalarov “OK!” nəşrinin rus versiyasının saytı və jurnalının yeni sahibidir.

Bunu “TASS”-a “Forbes” Rusiyanın marketinq və ictimai əlaqələr direktoru Dmitriy Ozman deyib.

““OK!” juranlının yeni sahibi iş adamı Emin Ağalarov oldu. Müqavilə cümə günü imzalanıb və hər şey bir ay ərzində yekunlaşacaq. Məşhur parlaq nəşr, həm də eyniadlı sayt “JARA” mediaholdinqin tərkibinə daxil olur”.

Qeyd olunub ki, dəyişikliklər yalnız jurnalın idarəetmə strukturuna təsir edəcək, baş redaktor Vadim Vernik öz vəzifəsində qalacaq. Oxucular üçün nəşrlərin formatı və reklamverenler üçün əməkdaşlıq şərtləri eyni qalacaq, redaksiya siyasətində heç bir dəyişiklik planlaşdırılmır.

Son xəbərlər
Digər xəbərlər