13 C
Baku
Monday, March 10, 2025

İş adamı Fuad Allahverdiyevə hökm oxundu

“AzerTelecom” şirkətinin Direktorlar şurasının sabiq sədri, “Ailə TV”, “Caspian Telecom” MMC şirkətlərinin təsisçisi Fuad Allahverdiyevə hökm oxunub.

Banker.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məşhur iş adamı Cinayət Məcəlləsinin 133 və 151-ci (Əzab vermə və seksual xarakterli hərəkətlərə məcbur etmə) maddələri üzrə ittiham edilərək həbs edilib.

Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə bildirilib ki, iş üzrə zərərçəkmiş şəxs F.Allahverdiyevin keçmiş həyat yoldaşı G.Allahverdiyevadır. Əvvəllər “Azərreyl” voleybol klubunun üzvü olmuş G.Allahverdiyeva bildirib ki, 2022-ci ilədək evli olduğu müddətdə Fuad ona qarşı mütəmadi fiziki zorakılıq edib. O iddia edib ki, keçmiş əri yaşadıqları Şüvəlan qəsəbəsindəki villada çoxsaylı məclislər təşkil edib, həmin məclislərə rəqqasələr və sevgi münasibətində olduğu qadınları da dəvət edib.

Fuad Allahverdiyev isə G.Allahverdiyevanın əxlaqsız həyat tərzi sürdüyünü, ona böhtan atdığını deyib. Daha sonra keçmiş arvadının ondan 400 min manat oğurladığını iddia edib.

Xəzər Rayon Məhkəməsinin hökmü ilə F.Allahverdiyevə 133-cü (əzab vermə) maddəsi üzrə 2 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddəsi üzrə bəraət verib. İş adamının həbsdə saxlanıldığı 10 ay 18 gün müddət cəzadan çıxılıb və onun üzərində qəti olaraq 2 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Üzərinə elektron qolbaq taxılan məşhur biznesmen məhkəmə zalından sərbəst buraxılıb.

Son xəbərlər
Digər xəbərlər