İş adamı Hacı İbrahim öz şirkətinin rəhbərliyindən istefa verib

Hacı İbrahim, öz şəxsi avtomobilinə minərkən/ Foto: gettyImages

Azərbaycanda tanınmış iş adam Hacı İbrahim və ya İbrahim Hüseyn oğlu İbrahimov öz şirkətin rəhbərliyindən də istefa verib.

Bu barədə Banker.az-ın şirkətə yaxın mənbələrdən əldə etdiyi məlumatda deyilir.

Məlumata əsasən, bundan sonra “Avesta Konserni”nin rəhbərliyi Araz Nadirov Ələsgər oğluna tapşırılıb.

62 yaşlı Hacı İbrahim Azərbaycanda tikinti sektorunda bir sıra “partlayış” layihələri ilə gündəmi tutsa da sonradan küllü miqdarda borclara görə, bu layihələrini özü gerçəkləşdirə bilmədi.

Məsələn, onun məşhur Xəzər Adaları (Khazar Islands) bir milyon əhalini süni adalar üzərində məskunlaşdıra biləcək şəhəri əhatə edən bir layihə idi. Bu layihə “Avesta” şirkətinin təşəbbüsü nəticəsində ortaya çıxarılmışdı. Layihənin dəyəri 100 mlrd. dollar təşkil edirdi. Adalarda eləcə də 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və Azerbaijan Tower (azərb. Azərbaycan qülləsi‎) tikilməsi planlaşdırılırdı. Layihə ilkin olaraq başlayarkən 2020-2025-ci illərdə başa çatması proqnoz edilirdi.

Xəzər Adaları layihəsi

Sonradan iş adamı yerli mediaya açıqlamasında dövlət qarşısında külli miqdarda borcu olması səbəbindən milyardlıq layihəsi “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin tabeçiliyinə verdiyini bildirmişdi.

“Əmlakın dəyəri 720 milyon manat qiymətləndirildi. Banka olan borcumun faiz hissəsi məndən tutulmadığı üçün, əmlakın dəyəri 570 milyon manat oldu. Buna görə, mənə 150 milyonu qaytarmalı idilər. Mən də dedim ki, istəmirəm, dövlətə bağışlayıram. Bütün borclarım bağlandı. İndi mənim bir manat da olsun borcum yoxdur. Nə alacağım var, nə də verəcəyim! Mən bütün kreditlərimi 100 faiz ödəməli oldum”.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.