26 C
Baku
Saturday, July 13, 2024

İş adamı Ramil Qasımzadə və ona məxsus şirkətlər tender məsələsinə görə “qara siyahı”ya düşdü

İş adamı Ramil Qasımzadənin “Uniprice” MMC, “Korall Consulting” MMC, “Azprice Group” MMC, “Azvalue” MMC, “Morion” MMC, “Açar” MMC və “Sorğu Ekspert Mərkəzi” MMC adlı şirkətlər yaratması, dövlət satınalmaları zamanı süni rəqabət təşkil etməsi və saxta yollarla dövlət tenderlərində qalib olması barədə əsaslı şübhələr yaranıb.

Banker.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin son toplantısında Ramil Qasımzadənin fəaliyyətindən hüquq-mühafizə orqanlarına müraciət edilməsi məqsədilə müvafiq komissiyanın yaradılması, cəmiyyət tərəfindən ona verilən sertifikatların geri alınması və dövlət satınalmalarını həyata keçirən aiddiyatı dövlət qurumlarına müraciət edilməsi qərara alınıb.

Bununla bağlı olaraq, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) Ramil Qasımzadə və ona məxsus şirkətləri “qara siyahı”ya salıb.

Son xəbərlər
Digər xəbərlər