İş adamı şirkətlərinin birindəki baş direktor vəzifəsindən ayrılıb

Yay aylarında ölkədən çıxışına “stop” qoyulan Əsgərov Əhəd Tofiq oğlu təsisçi olduğu şirkətlərdən birindəki vəzifəsindən kənarlaşıb.

Banker.az xəbər verir ki, o, “STENTOR” MMC-nin baş direktoru idi və onun vəzifədən getməsindən sonra yerinə Məsməxanım Ağayeva Çingiz qızı təyin edilib.

Əhəd Əsgərov hazırda “Optimal Elektronika” MMC-nin təsisçisi və baş direktoru, “Optimal Finance Bank Olmayan Kredit Təşkilatı” MMC-nin direktorudur.

2022-ci ilin avqustunda yerli mediada onun ölkədən vergi borcu səbəbindən Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən çıxışına qadağa qoyulması ilə bağlı xəbər yayılmışdı. Həmin vaxta borc 2 023 752 manat olduğu halda, hazırda bu borc sıfırlanıb.

Son xəbərlər
Digər xəbərlər