9 C
Baku
Wednesday, January 22, 2025

İş adamı Süleyman Babayev ona məxsus iri tikinti şirkətinə sədr keçdi – O, bu vəzifədə qardaşını əvəzləyir

Azərbaycanda və onun hüdudlarından kənarda tikinti işi ilə məşğul olan Süleyman Babayev Qalibiyyət oğlu şirkətinin icra orqanına da özü nəzarət edəcək.

Banker.az xəbər verir ki, o tikinti şirkəti “AKELİK Group” ASC-nin İdarə Heyətinin sədri (qanuni təmsilçisi) seçilib.

Buna qədər bu vəzifədə S.Babayevin qardaşı Rasim Babayev Qalibiyyət oğlu idi.

Xatırladaq ki, “AKELİK Group” ASC 2011-ci ildə təsis edilib. Onun nizamnamə kapitalı 33 014 681 manat təşkil edir. Şirkətin səhmdarı Süleyman Babayevdir. Şirkətin 2019-cu il üzrə sonuncu dəfə audit hesabatını açıqlayıb və həmin ili 7.09 mln. manat xalis mənfəət əldə etmişdi. 2020-ci ilin əvvəlində balansında 7.37 mln. manat bölüşdürülməmiş mənfəəti olub. 2019-cu ildə bölüşdürülməmiş mənfəətindən səhmdara 23.34 mln. manat dividend ayırıb.

Bu şirkət Tacikistan, Qazaxıstan, Ukrayna, Albaniya və Qırğızıstanda filialları var. Həmin ölkələrdə bir neçə tikinti layihələrini həyata keçiriblər.

Son xəbərlər
Digər xəbərlər