“İş adamının bina üçün verdiyi pulu eşidəndə dəhşətə gəlirsən”

Deputat Fazil Mustafa ötən gün Yeni Yasamalda yerləşən binadakı yanğından və ora yanğınsöndürən maşınların daxil ola bilməməsi məsələsindən danışıb.

F. Mustafa Milli Məclisdə çıxışında bildirib ki, Bakı mədəniyyətsizlik şəhərinə çevrilməkdədir: “Bu mədəniyyətsizliyi ortadan qaldırmaq yollarını tapmalıyıq ki, Azərbaycanın inkişafı görünsün.

Dünən Yeni Yasamalda yanğın oldu, vətəndaşlara xeyli ziyan dəydi. Əsas səbəb o oldu ki, yanğınsöndürənlər əraziyə daxil ola bilmədi. Binalar bir-birinin içində tikilib. Ona görə yanğınsöndürənlər daxil ola bilmir.

Əgər Təcili Tibbi Yardımın xəstəni xəstəxanaya çatdırmaq üçün yol infrastrukturu yoxdursa, binalar kiminsə cibinə pul qoyulub bu cür tikilibsə bu, vətəndaşların fəlakətlərinə səbəb olur. Binalar tikilib yarımçıq qalıb. İş adamının binanı tikməkdən əvvəl ayrı-ayrı şəxslərə verdiyi pulu eşidəndə dəhşətə gəlirsən”.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.