8 C
Baku
Thursday, December 12, 2024

İş adamları ilə bağlı məhkəmə həbs-qətimkan tədbiri seçilib

Bu gün “Beynəlxalq Bank işi” ilə bağlı “Bandotdel”də saxlanılan bir qrup iş adamı haqda Nərimanov Rayon Məhkəməsində həbs-qətimkan tədbiri seçilib.

Banker.az-ın  qafqazinfo-ya istinadla verdiyi məlumata görə, məhkəmə iclası qapalı keçirilib.

Maraqlıdır ki, məhkəməyə gətirilən iş adamlarının adları gizli saxlanılıb. Hətta hakim belə prosesdən həmin dəqiqə xəbər tutub.

Məhkəmədən sayta bildirilib ki, Baş Prokurorluğun verdiyi sanksiya əsasında bir neçə iş adamı günün ikinci yarısında məhkəməyə gətirilərək barələrində həbs-qətimkan tədbiri seçilib.

Proses isə bir neçə dəqiqə davam edib.

Son xəbərlər
Digər xəbərlər