Sadır Japarovun ilk dəfə Qırğız Respublikasının Prezidenti kimi Azərbaycan səfər etdi. Bu gün Azərbaycan Prezidenti ilə görüşdə məlum oldu ki, onu ölkəmizə Prezident İlham Əliyev dəvət edib.
Görüşdə diqqət çəkən əsas məqam Azərbaycan ilə Orta Asiya ölkəsinin hansı sahədə sənədlərin imzalanması oldu.
“Bu gün Qırğızıstan Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində biz ikitərəfli qarşılıqlı fəaliyyətin geniş spektrini gözdən keçirdik, əməkdaşlığımızın gündəliyindəki məsələlərə ətraflı nəzər saldıq”- deyə, bunu Azərbaycan Prezidenti press-konfransda bildirib.
Açıqlamada məlum olur ki, Azərbaycan və Qırğız lideri 10 mühüm sənədə imza çəkib, onlar bunlardır:
- İki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında bəyənnamə;
- Dövlətlərarası Şurasının yaradılması haqqında memorandum;
- Prezidentlər yanında Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlıq haqqında memorandum;
- AzTV və Qırğız İctimai TV-si ilə əməkdaşlıq haqqında saziş;
- Kənd təsərrüfatı nazirlikləri arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında saziş;
- İki ölkənin antiinhisar və istehlak bazarına nəzarət qurumları arasında əməkdaşlıq haqqında memorandum;
- İki ölkənin rəqəmsal inkişaf və nəqliyyat nazirlikləri arasında rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafı haqqında memorandum;
- Azərbaycan hökuməti ilə Qırğızstan Nazirlər Kabineti arasında hava əlaqəsi haqqında saziş;
- İki ölkənin əqli mülkiyyət agentliyi arasında əqli mülkiyyətin qorunması sahəsində anlaşma və əməkdaşlıq haqqında memorandum;
- İki ölkənin maliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Prezidentlərin həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdən məlum olur ki, hər iki türk dövlət münasibətlərimizi intensivləşdirmək əzmindədir.
İlham Əliyev deyib ki, imzalanan on sənəd arasında ikisini – Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumu xüsusi vurğulamaq lazımdır.
“Hər iki sənəd bizim münasibətlərin xarakterini və formasını əsasən qabaqcadan müəyyən edəcək. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və bizi məhz strateji xarakterli əməkdaşlığa kökləyir”- deyə, ölkə başçısı deyib.
İQTİSADİ TƏRƏFİ
İki prezidentin görüşünd ticari-iqtisadi sahəyə xüsusi diqqət yetirildiyi bildirilir. Amma Azərbaycan lideri iki ölkənin əmtəə dövriyyəsinin həcmindən razı görünmür. O fikrincə bu dövriyyənin mövcud səviyyəsi iki ölkəni qane edə bilməz.
Görüşdən bu anlaşılır ki, qarşılıqlı ticarətin həcminin yüksəldilməsi qarşıya məqsəd qoyulub. Hətta İlham Əliyev deyib ki, nümayəndə heyətlərinin üzvlərinə verilən tapşırıqlar qarşılıqlı ticarətin həcmini “qısa müddət ərzində artırmağa” imkan verəcək.
Həmçinin nəqliyyat infrastrukturu ilə və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylərin necə birləşdirməklə bağlı məsələlər ətraflı müzakirə olunub.
“Azərbaycanda yüklərin bütün istiqamətlərə – həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Əlbəttə, bu imkanlar, bizim liman infrastrukturunun imkanları qırğız qardaşlarımızın sərəncamındadır”- bunu Preizdent Əliyev bildirir.
Qırğız lideri Azərbaycanlı iş adamlarını ölkəsinə dəvət edir
Görüşdə həmçinin Qırğızıstanın investisiya imkanları barədə müzakirə aparılıb.
“Bildiyimiz kimi, Qırğızıstan Prezidenti enerji infrastrukturu məsələləri ilə çox fəal məşğul olur. Fikrimcə, Qırğızıstan iqtisadiyyatının bu sektoru Azərbaycan şirkətlərinə maraqlı olardı”- deyə, İ.Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın şirkətlərinin müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında müəyyən təcrübəsi var.
“Fikrimcə, burada səylərin birləşdirilməsinə və Azərbaycanın investisiya potensialına çox ehtiyac olardı”.
Ölkə başçısı deyir ki, Azərbaycan şirkətlərinin bu görüşə çox böyük marağı var.
“Bu, məhz onunla bağlıdır ki, Qırğızıstan Prezidentinin rəhbərliyi ilə həm xarici investisiyaların cəlb edilməsi, həm də əlverişli investisiya şəraitinin yaradılması üçün çox mükəmməl investisiya siyasəti həyata keçirilir. Bu, əlbəttə ki, Qırğızıstan Prezidentinin nəzərdə tutduğu bütün planların qısa müddət ərzində yerinə yetirilməsinə imkan verəcək”.
Qırğız lideri də bu məsələyə şərh verərkən deyib ki, ölkəsi hazırda öz iqtisadiyyatımızın liberallaşdırılmasına yönəlmiş addımlar atırıq.
“İnvestisiya qanunvericiliyi təkmilləşdirilir, bununla əlaqədar Qırğız Respublikasının bir çox ölkələrlə investisiya əməkdaşlığı fəallaşır. Ona görə də biz Azərbaycanın biznes dairələrini ölkəmizdə investisiya imkanlarını fəal öyrənməyə dəvət edirik”- deyə, Qırğız Respublikasının Prezidenti Sadır Japarov deyib.
Qırğız Prezidentinin sözlərinə görə, bu gün dünyada baş verən dərin dəyişikliklər bizə yeni tipli münasibətlər qurmaq, onları daha humanist etmək, ləyaqət və şərəf kimi əzəli türk dəyərlərini əsas götürmək üçün tarixi şans verir.
“Türk məkanında bu yeni münasibətlər yeni dövrün dövlətlərarası qarşılıqlı münasibətlərinin nümunəsi olmalıdır”- deyə Sadır Japarov bildirir.