18 C
Baku
Sunday, April 28, 2024

İş fəaliyyətinin davamlılığının təmin edilməsinə dair yeni standart qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən ISO 22301:2019 “Security and resilience. Business continuity management systems Requirements” beynəlxalq standart əsasında AZS ISO 22301:2023 “Təhlükəsizlik və davamlılıq. Fəaliyyətin (biznesin) davamlılığının  idarəetmə sistemləri. Tələblər” dövlət standartı qəbul edilib. 

Standart iş fəaliyyətinin (biznesin) pozulmalarından qorunmaq, onların baş vermə ehtimalını azaltmaq, bu cür hallara hazırlaşmaq, baş verdikdə əks tədbir görmək və bərpa olunmaq məqsədilə idarəetmə sisteminin həyata keçirilməsi, təmin edilməsi və təkmilləşdirilməsi üzrə tələbləri müəyyən edir. Sözügedən standart layihəsi “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 08) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər