10 C
Baku
Friday, November 1, 2024

İş icazələrinin verilməsi ilə bağlı dəyişiklik edilir

Azərbaycanda iş icazələrinin verilməsi və əldə edilməsi prosesinin elektronlaşdırılması III oxunuşda təsdiqlənib.

Bununla bağlı Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Layihə miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi zamanı elektron xidmətlərin daha çevik şəkildə həyata keçirilməsinə, bu zaman kağız daşıyıcıdan istifadənin aradan qalxmasına xidmət edir. Dəyişikliyə əsasən, müvafiq sahədə iş icazəsinin elektron formada rəsmiləşdirilməsi prosesi asanlaşır, işəgötürənin bu icazəni elektron üsulla əldə etməsi imkanı təmin olunur. Həmçinin müvafiq sənədlə icazənin müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli vəzifəli şəxsinin gücləndirilmiş elektron imzası ilə təsdiqlənməsi qaydası müəyyənləşir.

Layihədə Miqrasiya Məcəlləsinə təklif olunan dəyişikliklərə uyğun olaraq “Dövlət rüsumu haqqında” qanuna da uyğunlaşdırma xarakterli dəyişikliklər edilir.

Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik layihəsi üçüncü oxunuşda qəbul edilib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər