12 C
Baku
Friday, December 5, 2025

“İş Mühitində Görünməyən Təhlükələr:  Hate, Mobbing və Bossing”

Müasir iş mühitlərində rəqabət, yüksək tələblər və gözləntilər sosial münasibətlərdə gərginlik yaradır. Bu şəraitdə mobbing, hate və bossing kimi neqativ davranış formaları həm psixoloji sağlamlıq, həm əmək məhsuldarlığı, həm də təşkilati etika üçün ciddi təhlükə yaradır. Bu fenomenlər son 20 ildə təşkilati psixologiyanın ən çox araşdırılan mövzularından biri olmuşdur
1. Hate davranışları
Hate (nifrət yönümlü davranış) işçiyə qarşı antipatiya, şəxsi qərəz və neqativ emosional münasibətin ifadəsidir. Bu davranış çox zaman aşağıdakı formalarda özünü göstərir:
•Qeyri-verbal şəkildə təcrid
•Emosional laqeydlik
•İşçinin ideyalarının kiçildilməsi və sayılmaması.Hate davranışı mobbingin ilkin mərhələsi kimi qəbul edilir və iş mühitində gələcək psixoloji təzyiqlərə zəmin yaradır.
2. Mobbing anlayışı
Mobbing fərdin iş mühitində sistematik və məqsədli şəkildə psixoloji təzyiqə məruz qalmasıdır. Leymann-ın klassik modelinə görə mobbing:
•Həftədə ən azı bir dəfə təkrarlanan
•Minimum 6 ay davam edən
•Fərdin psixoloji sabitliyini pozan sosial davranışlardan ibarətdir.
3. Bossing
Bossing mobbingin fərqli formasıdır(rəhbər və ya rəhbərliyə yaxın şəxslər)tərəfindən həyata keçirilən formasıdır. Bossing təşkilati güc balansının pozulduğu hallarda daha ciddi nəticələr doğurur.
Bossing halları:
•Ədalətsiz və əsassız qiymətləndirmə
•İşçinin nüfuzunun rəhbərlik tərəfindən zədələnməsi
•Psixoloji təzyiq yolu ilə işdən uzaqlaşdırma
•Haqsız intizam tələbləri
•Komanda qarşısında alçaltma
Bossing, əsasən, müdafiəedici rəhbərliyin olmaması və zəif təşkilati mədəniyyət şəraitində güclənir.
Psixoloji təsirlər hansılardır?
Mobbingə və bossingə məruz qalan işçilərdə aşağıdakı simptomlar müşahidə olunur:
•Yüksək stress və təşviş
•Emosional tükənmə (burnout)
•Özünəinamın azalması
•Koqnitiv pozuntular (yaddaş zəifliyi, diqqət problemi)
•Depressiv əlamətlər
•Fizioloji dəyişikliklər (yuxu pozuntuları, baş ağrısı, təzyiq artımı)
Təşkilati təsirlər isə hansılardır?
•İş keyfiyyətinin azalması
•Kadr axınının artması
•Komanda ruhunun zəifləməsi
•Şirkət reputasiyasının zədələnməsi
 Bəs onda hamıya maraqlıdır Mobbing, Hate və Bossingin yaranma səbəbləri hansılardır?
Fərdi faktorlar isə bunlardır:
•Aşağı emosional zəka
•Səlahiyyət qorxusu
•Rəqabətçilik
•İşçilər arasında neqativ münasibətlər
•Şəxsin psixoloji qeyri-sabitliyi(şəxsiyyət pozuntusu və s.)
Təşkilati faktorlar:
•Zəif korporativ mədəniyyət
•Rolların qeyri-müəyyənliyi
•Rəhbərlərin qeyri-adekvat kommunikasiya üslubu
•İntizam mexanizmlərinin olmaması
Bəs bunların qarşısının necə  ala bilərik?
•Etik davranış kodeksinin tətbiqi
•Aydın təşkilati strukturların yaradılması
•Psixoloji sağlamlıq proqramlarının təşkili
•Rəhbərlər üçün empatiya və liderlik təlimləri
•Yazılı sənədləşdirmə prosedurlarının tətbiqi
•Psixoloji dəstək və reabilitasiya
•İş mühitinin yenidən qurulması
•Lazım gəldikdə hüquqi tədbirlər.
Hate, mobbing və bossing müasir iş mühitində geniş yayılmış psixososial risk faktorlarıdır. Bu davranışlar həm fərdin psixoloji sağlamlığına, həm də təşkilati effektivliyə və komanda işinə ciddi zərər verir. Elmi araşdırmalar göstərir ki, mobbingin qarşısının alınması yalnız fərdi deyil, həm də sistemli səviyyədə müdaxilə tələb edir.
Sağlam iş mühiti:
•Etik idarəetmə
•Şəffaflıq
•Psixoloji təhlükəsizlik
•Səmərəli kommunikasiya üzərində qurulmalıdır.
Son xəbərlər
Digər xəbərlər