21 C
Baku
Monday, August 15, 2022

İş müsahibəsində hansı sualları vermək olmaz

Müsahibəni çox asanlıqla korlamaq olar. Xüsusi ilə əgər siz işəgötürən şəxsdən sizdən əvvəlki işçilər, vəzifə yüksəlmələri barəsində soruşur və tez-tez saata baxırsınızsa. Bax, bu suallar isə müsahibəni əsl fəlakətə çevirməyə qadirdir.

 Bu 11 sual isə sizin müsahibədə soruşacağınız ən pis suallardır.

1. «Şirkətin mükafatlandırma və məzuniyyətlərlə bağlı siyasəti necədir»?
Əgər siz elə tanışlığın ilk başlanğıcında imtiyazlar haqqında söhbət açırsınızsa,  bütün diqqəti öz zəifliklərinizə yönəltmiş olursunuz. Siz əvvəlcə işi əldə edin, bax onda mükafatlar haqqında da danışmaq olar.

2. «Bir az şirkət haqqında danışın.»
İşəgötürən ümidlə doludur ki, siz artıq kompaniya haqqında hər şeyi araşdırmışınız –siz isə bu sualla onu məyus edirsiniz. Çalışın suallarınız daha konkret olsun. Sosial şəbəkələr demək olar ki, gələcək iş yeri haqqında istənilən məlumatı əldə etməyə imkan verir.

3. «Mən iş vaxtından artıq (əlavə saatlar) da işləməli olacağam?»
Daha yaxşı olar ki, həmin vəzifədə adi iş gününün necə keçdiyini soruşasınız. Onda siz gələcək gündəlik öhdəlikləriniz və iş prosesində qarşılaşmalı olduğunuz insanlar haqqında daha çox öyrənə bilərsiniz. Ola bilsin ki, işəgötürən özü əlavə iş saatları barəsində nə isə xatırladar.

 4. «Məndən əvvəlki işçi nəyə görə buradan getmişdir?»
Yenə də daha yaxşı olar ki, sualı başqa şəkildə qurasınız. «Mən bu vəzifədə kimi isə əvəz edirəm, ya bu yeni pozisiyadır? »  -Onda sual daha pozitiv çalar alır, həm də siz işdə öz qayda-qanununuzu qura bilib-bilməyəcəyinizi və ya mövcud təlimatlar çərçivəsində məhdudlaşmalı olacağınızı öyrənmək üçün şans əldə etmiş olursunuz.

 5. «Necə fikirləşirsiniz, mən sizə uyğunam?» və ya «Məndə sizi məhz nə heyrətləndirdi?»

Bu tip suallar ilə siz potensial işəgötürənə təzyiq etmiş olursunuz. Əgər siz insanın xoşuna gəlmisinizsə, o mütləq gec-tez bunu sizə bildirəcək. Fikrinizi daha çox özünüzü «satmaq» üzərində cəmləyin.

6. «Mən ezamiyyətlərə getmək və ya köçmək məcburiyyətində qalacağam?»
Bu sual sizin o qədər də zirək olmadığınızı və müxtəlif şəraitlərə uyuşmaqda çətinlik çəkdiyinizi göstərə bilər. Gözləyin ki, işəgötürən özü bu mövzuya toxunsun.

7. «Beləliklə, siz işə görə mənə nə qədər məvacib verməyə düşünürsünüz?»
Heç vaxt ilk görüşdə pul haqqında sual verməyin. Bir az gözləyin. Daha yaxşı olar ki, işəgötürən özü sizin üçün hansı məbləğin münasib olması ilə maraqlansın.

8. «Müsahibə hələ çox çəkəcək? Bilirsiniz, mən tezliklə başqa görüşdə olmalıyam.»

Bu ruhda nə isə soruşmağı heç ağlınıza gətirməyin, nə də saatlara baxmayın, mobil telefonu çıxarmayın. Bir qayda olaraq, intervü nə qədər uzun çəksə, sizin üçün bir o qədər yaxşı. Yoxsa siz qalib insandan daha çox məğlub olmuş, ya da daima gileylələn insana  oxşayacaqsınız.

9.  Sizin şirkətdə sərbəst qrafik əsasında (uzaqdan-uzağa) işləmək olar?
Belə sual işə götürəndə elə fikir oyadır ki, sanki siz məsuliyyətdən qaçmağa çalışırsınız.  Əgər vəzifəyə qoyulan tələblərdə sərbəst qrafik haqqında söz açılıbsa və ya işəgötürən özü bu məsələni qaldırırsa, buna elə də böyük əhəmiyyət verməyin.

10. «Vəzifə artımını əsasən nə qədər gözləmək lazım gəlir?»
Kompaniya daxilində yüksəlişlər haqqında söhbətlərdən yayınmağa çalışın, çünki bu təqdirdə işəgötürən tərəfdə sizin niyyətləriniz ilə bağlı şübhələrə yarana bilər.

11. Müsahibə qurtarandan sonra «Sualım yoxdur» demək
Müsahibə- qarşılıqlı ünsiyyətdir. Əgər siz sual vermək üçün, söhbətin qurtarmasını gözləyirsizsə, çox nahaq yerə, çünki sonda çox gec ola bilər. İşəgötürənin gözlənilməz «özünüz haqqında danışın» sualından sonra öz beş qəpiyinizi masaya qoyun. «Əlbəttə, mən öz təcrübəm haqqımda saatlarla danışa bilərəm, amma istərdim ki, həqiqətən də sizi narahat edən məsələlərə toxunam.» Və suallarınızı verin.  Təbii ki, bir iki dənə yaxşı sualı isə sona saxlayın.

Sözsüz ki, sadəcə vaxt öldürmək xətrinə verilən suallar daha pisdir.

Son xəbərlər
Oxşar xəbərlər