36 C
Baku
Tuesday, August 16, 2022

İş və biznes qurmaq üçün ən yaxşı ölkələr – SİYAHI

İş və biznes üzrə dünyanın ən yaxşı yerlərinin adı açıqlanıb.

Lenta.ru-nun məlumatına görə, siyahı İsveçrə İdarəetmə İnkişafı İnstitutu (IMD) tərəfindən tərtib edilib.

Birinci yer ötən ildən dəyişməyib – reytinqə Sinqapur liderlik edib.

Danimarka, İsveçrə, Hollandiya və Honkonq ilk beşliyə daxil olub. Siyahını İsveç, Norveç, Kanada, BƏƏ və ABŞ davam etdirib.

Qonşu dövlətlərdən Türkiyə 46-cı, Rusiya 50-ci yeri tutub.

Reytinqdə sonuncu yerdə Venesueladır.

Reytinq müəllifləri dörd əsas göstəriciyə – iqtisadi vəziyyət, hökumətin, eləcə də biznesin səmərəliliyinə və infrastruktur vəziyyətinə diqqət yetiriblər. Onlar lokal və beynəlxalq statistikadan istifadə ediblər, habelə müxtəlif sahələrdə şirkət rəhbərləri ilə görüşüblər.

1 1 2.1 3 1

MənbəOxu.az
Son xəbərlər
Oxşar xəbərlər