14 C
Baku
Saturday, April 27, 2024

İş yeri ilə bağlı işçilərin əsas istəkləri nədir – SORĞU

2019-cu ildə işçilərinin sağlamlığını və məhsuldarlığını qorumaq üçün ABŞ-ın işəgötürənləri sağlamlıq proqramlarına orta hesabla 3,6 milyon dollar xərcləyəcəklər. Şəxsi idman zalları, ayaqüstü iş üçün masalar, meditasiya otaqları, sağlamlıq qaynar xətləri – bütün bunlar şirkətlərin investisiya qoyduğu əşyalar və sahələrdir. Bəs bu investisiyalar özünü doğruldurmu? 

Harvard Universitetinin alimlərinin son araşdırması sübut edir ki, ABŞ-ın böyük şirkətlərinin 80%-nin təklif etdiyi rifah proqramları əhəmiyyətli nəticə vermir. Future WorkplaceView şirkətləri bu yaxınlarda 1601 işçi arasında sorğu keçirmişdir, əsas məqsəd şirkətlərin investisiya qoyduğu proqramlarının effektivliyə göstərdiyi təsiri və bu haqda işçilərin fikrini qiymətləndirmək idi. 

Təəccüblüdür ki, işçilərin istəkləri əslində olduqca sadə imiş: yaxşı hava keyfiyyəti, təbii işıq və iş yerini fərdiləşdirmək imkanı. Sorğuda iştirak edən işçilərin yarısı havanın keyfiyyətinin pis olması səbəbindən gün ərzində yuxulu olduğunu, üçdə bir hissəsi isə buna görə iş vaxtının bir saatını itirdiyini bildirdi. Hava keyfiyyəti və işığın işçilərin məhsuldarlığına, məmnuniyyətinə və rifahına ən çox təsir etdiyi, fitness və tibbi texnologiyanın təsirinin isə əhəmiyyətsiz olduğu ortaya çıxdı.

Təşkilatlar bu sahələri inkişaf etdirə bilərlər və bu həm işçilərə, həm də təşkilatların özlərinə lazımdır. Yüksəkkeyfiyyətli iş yeri – təbii işıq, yaxşı havalandırma sistemi və komfort temperatur – işçilərin davamiyyətinə, sağlamlığına və məhsuldarlığına birbaşa təsir edir. Əslində, siz fərqi dərhal hiss edəcəksiniz: nəzərə alın ki, işə tez-tez gecikən və ya gəlməyən işçilər şirkətə təxminən 3,6 min dollara başa gəlirlər. 

Digər tədqiqatlar iş şəraitindən məmnun olan işçilərin 16%-nin daha yüksək məhsuldarlığa sahib olduğunu, şirkətdə qalma ehtimalının 18% çox olduğunu, şirkətlərinin rəqiblərə nisbətən 30% daha cəlbedici olduqlarını göstərir. Respondentlərin üçdə iksi, şirkətin sağlamlıqları ilə maraqlandıqları təqdirdə, iş təklifini qəbul etmək və ya mövcud işlərində qalma ehtimalının daha yüksək olduğunu söylədi. Bu o deməkdir ki, iş yerlərində işçilərin rifah halına diqqət yetirmək istəyən şirkətlər təkcə məhsuldarlığını deyil, istedadları cəlb etmək və saxlamaq imkanlarını da artıra biləcəklər. 

Sizə iş şəraitini və işçilərinizin rifahını yaxşılaşdırmaq üçün üç addım təklif edirik.

1.Əhəmiyyətsiz üstünlüklərə (imtiyazlara) pul xərcləməyin. Düşünün ki, siz işçilərinizin istəklərini bilmirsiniz və nəyin bahasına olursa-olsun bunu öyrənməlisiniz. Əgər işəgötürənlər bunu müntəzəm şəkildə etsə idi, büdcə lazımsız imtiyazlara xərclənməzdi (məsələn, idman zalı). 

Anketdə qeyd olunan amillər arasında birinci yerdə havanın keyfiyyəti dayanır. Respondentləri 58%-i təmiz havanın rifah halını yaxşılaşdırdığını söylədi. 50%-i onlar üçün pəncərədən görünən mənzərənin vacib olduğunu vurğulayıb. Qeyd edək ki, sorğulanan şəxslərin cəmi üçdə bir hissəsi işlədiyi otaqdakı temperaturu ideal hesab edib. 

Narahatedici səs-küy respondentlərin üçdə birinin məhsuldarlığına mənfi təsir göstərir. İşçilər telefon danışıqları, klaviaturanın səsi və iş yoldaşlarının söhbətlərinin onların ayıq olmalarına təsir etdiyini söyləyiblər. 

Respondentlərin demək olar ki, yarısı şirkətlərindən bu amilləri yaxşılaşdırmağı istədi və bir çox hallarda bunu digər imtiyazlardan üstün tutdu. Beləliklə, siz ilk növbədə pulunuzu nəyə xərclədiyinizi görməlisiniz və özünü doğrultmayan xərcləri azaltmalısınız.  

  1. İmkan olduqca fərdiləşdirin. Hamımız iş xaricində həyatı fərdiləşdirməyə alışmışıq. Tərəfdaşlarımızın və ya dostlarımızın zövqləri fərqli olsa belə, izləmək və dinləmək istədiyimiz serialı izləyirik. Divandan qalxmadan otaqdakı temperaturu və işığın parlaqlığını istədiyimiz səviyyəyə uyğunlaşdırırıq.

Araşdırmamız göstərdi ki, işçilərin 42%-i iş yerlərini fərdiləşdirməyi üstün tutur və cəmi 28%-i limitsiz məzuniyyət istəyir. İşçilər nəyi fərdiləşdirmək istəyirlər:

Temperatur: respondentlərin demək olar ki, yarısı iş yerlərində istiliyi idarə etməyə imkan verən tətbiqə sahib olmaq istəyir. 

Əsas işıq və stolüstü işıq: respondentlərin üçdə biri əsas və masaüstü işığı, həmçinin gün işığının axışını idarə etmək istəyir.

Səs-küyün səviyyəsi: respondentlərin üçdə biri iş yerindəki “səs mühitinə” nəzarət etmək istəyir.

  1. İş yerinin rifahı haqqında vahid təsvir yaradın. Təşkilatınızda nəyi dəyişdirməyinizə qərar verərkən, iş yerindəki rifahın yalnız işçilərinizin fiziki sağlamlığı ilə əlaqəli olmadığını unutmayın. İş yerindəki rifahı əsas üç komponentdən ibarətdir: fiziki, emosional və ekoloji. 

Emosional rifah. İşçilərinizi təbii işıq (gün işığı) və sakit otaqlarla təmin edin. Bu halda onlar bütün diqqətini iş üzərində cəmləşdirə biləcəklər. Əgər iş mühitinin həqiqətən də sağlam olmasını istəyirsinizsə, onların hər üçü nəzərə alınmalıdır.

Maliyyə rifahı. İşçilərinizi sağlam qida və erqonomik iş yerləri ilə təmin edin. 

Ekoloji rifah. İşçilərinizi təmiz hala, komfort temperatur və akustika ilə təmin edin. 

İş yerlərinin rifahına vahid yanaşmadan çıxış edən şirkət rəhbərləri, tezliklə təşkilatlardakı ayrı-ayrı şöbələrin bu problemi həll edə bilməyəcəyini başa düşəcəklər. Tədqiqatların nəticələri, eləcə də “yaşıl” tikinti üzrə Ümumdünya Şurasının hesabatı, bizə şirkətlərin dəyişdirə biləcəyi məqamları göstərirlər. Çalışın işçilərinizin rifahına ən çox təsir edəcək əsas sahələrə investisiya qoyasınız. 

Müəllif haqqında. Jeanne C. Meister –  HR sahəsində konsaltinq və tədqiqatlarla məşğul olan Future Workplace şirkətinin əməkdaşı, The 2020 WorkplaceThe Future Workplace Experience kitablarının müəllifidir. 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər