27 C
Baku
Saturday, July 27, 2024

İş yeri onun sahibi haqqında məlumat verir

Sizin iş yeriniz necə görünür? Stol lazımsız əşyalar və kağız yığını ilə doludur və ya əksinə, nümunəvi səliqəlilik hökm sürür? Məhz iş yeri onun sahibini daha yaxşı tərənnüm etməyə imkan verir və maksimum şəkildə onun haqqında məlumat verir.

Demək olar ki, bütün xanımların iş masasında noutbuk və ya kompüterdən başqa bu kimi əşyalar var: bütün masa boyu səpələnmiş sənədlər, hər cür suvenir və bəzək əşyaları, sevgilisinin, körpə və ya pişiyinin şəkli, heç olmasa balaca bir kaktus, fincan və digər lazımlı və lazımsız əşyalar.

Məhz iş masasının vəziyyətinə görə siz qarşınızdakı insanın kim olduğunu müəyyənləşdirə bilərsiniz: lider və ya autsayder.

Gözə çarpan ilk şey – monitorun və kompüterin klavişlərinin vəziyyətidir. Əgər monitor və klaviatura çoxdandır silinmirsə onda qarşımızdakı sadəcə pintidir və tapşırıqlara qarşı məsuliyyətsizdir, çox ehtimal ki o işin öhdəsindən gələ bilməyəcək.

Bundan əlavə, bəlkə də həmin insan depressiya yönümlüdür. Kompüterin qarşısındakı səliqəsizlik isə onu göstərir ki, həmin insan vaxtın qədrini bilmir. Onun nə masasında, nə də şəxsi həyatında sistemlilik yoxdur. Bu yaradıcı səliqəsizlik deyil, işini yaxşı təşkil etməməyin nəticəsidir.

Səliqə hər yerdə olmalıdır, bir nəfər deyil hər kəs ona əməl etməlidir. Çünki yalnız həmin insanlar bu və ya digər sənəd və əşyanı hara qoyduqlarını bilirlər.
Qulaqcıqlar vacibdir. Psixoloqların müəyyən etmişlər ki, əgər insan qulaqcıq taxıbsa, bu o demək deyil ki, onun məqsədi musiqiyə qulaq asmaqdır, o ola bilsin ki yalnız qalmaq və diqqətini toplamaq istəyir.

Açıqca, foto və suveniri olan insanlar isə əsasən çox həssasdırlar, bundan əlavə onlar adətən narahat insanlardır. Düzü onlar elə ən yaxşı işçilərdirlər. Lakin bu tip insanların çox böyük çatışmazlığı var: onlar incikliklərini biruzə vermir, hər şeyi içinə salırlar, əgər bu hal davam edərsə, sonra onlar çox xoşagəlməz situasiyaya düşdükdə tab gətirməyərək taqətdən düşə bilərlər.

Fincan – nəlbəki…Iş masasının üzərində özünüzə icazə verəcəyiniz ən böyük əşya – çay və ya qəhvə üçün nəzərdə tutulan ideal yuyulmuş fincan ola bilər. Belə işçilər əsasən özünə inamsız olurlar.

Qadın bəzək əşyaları onu göstərir ki, xanım diqqətsizlikdən əziyyət çəkir. Bu tip insanlar məqsədyönlüdürlər, onlara bütün sirləri etibar etmək olar, lakin onlar təzyiqi xoşlamır və stressə davamlılıqları çox aşağıdır.

Xatırlayın ki, iş masanız – tam olaraq sizin deyil, bütün kollektiv onu izləyir, buna görə də sadə etiket qaydalarına əməl edin.

Son xəbərlər
Digər xəbərlər