17 C
Baku
Thursday, May 23, 2024

İş yerində Facebook

Müəllif: ORO Mebel-in Baş Meneceri Anar Bayramov

İş yerində facebook və digər sosial şəbəkələrdən istifadə olunması, demək olar ki, əksər təşkilatlarda aktual mövzudur.

Bu məsələdə şirkətlərin 3 müxtəlif yanaşması var. 

1) Heç kimə icazə verilmir

2) Məhdud sayda işçiyə (yüksək vəzifəli menecerlərə) icazə verilir

3) Hər kəsə məhdudiyyətdiz icazə verilir.

Hər bir şirkət rəhbərliyinin yanaşmasında öz arqumentləri var, əlbəttə.

Mən 3-cü yanaşmaya haqq qazandırıram. Hesab edirəm ki, motivasiya sistemi və ümumi təşkilatdaxili mühit sağlamdırsa, bu tipli məhrumiyyətlərin ziyanı xeyrindən çox olacaq. Yəni şirkətin (təşkilatın) bütün üzvlərinin eyni məqsədə doğru hərəkət etmələrinə nail olunubsa, işçilər özləri müəyyən edəcəklər ki, işləri facebook-dan istifadə etməyə nə dərəcədə imkan verir.

Fikrimi daha aydın formada aşağıdakı səbəblərlə çatdırmaq istərdim:

1) İşçi gününün çox hissəsini işdə keçirir. Sosial şəbəkələr isə hazırda az qala ərzaq qədər zəruri tələbata çevrilib. İşçiləri bu tələbatdan məhrum etmək düzgün deyil. İşçi necə ki işdə çay içə bilir, su içə bilir, facebook-dan niyə istifadə etməsin?

2) Hazırda Facebook və digər sosial şəbəkələr çox mühüm ünsiyyət alətidir. 21-ci əsr insanını bundan məhrum etmək həmin insanları yeniliklərdən də məhrum edəcək. Əlbəttə bu, birbaşa insanın inkişafına təsir edən amildir.

3) Hər bir məhdudiyyət və məhrumiyyət işçilərin davranışına və məhsuldarlığına mənfi təsir göstərir.

4) Onsuz da bu məhdudiyyətin bəlli sərhədi olacaq. İşçilərin telefon (smartfon, digər) vasitəsilə facebook-a daxil olmasına heç kim mane ola bilməyəcək. Nəzərə alsaq ki, insanlarda məhdudiyyətlərə qarşı təbii müqavimət var, bu zaman facebook-a kompüterlə daxil olmanın qarşısını almağın nə mənası var ki?

5) İşçinin şirkətə maksimum bağlılığı, sadiqliyinə o vaxt nail olunacaq ki, işçi iş yerində özünü az qala evdəki kimi sərbəst hiss etsin, süni məhdudiyyətlərlə üzləşməsin.

6) İşçinin sosial həyatına maneçilik yaradılmamalıdır. Digər tərəfdən, işçinin sosial şəbəkələrdəki aktivliyi şirkətin də adının hallanmasına, gizli PR-a səbəb olur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər