3 C
Baku
Saturday, December 14, 2024

İş yerində sosial şəbəkələr

Müəllif: Elçin Çobanov, Azfen J.V. HR Department

Hər kəs işində qabağa getmək istəyir, hər kəs ən zirvəyə dırmaşmaq istəyir. Bu hiss Azərbaycanlılarda daha güclüdür. Hər 10 uşaqdan 9-u prezident olmaq istəyir. Məclislərdə söz veriləndə özünü tacir kimi yox biznesmen kimi təqdim edirlər. Məqsədim millətimi qınamaq deyil sadəcə əgər idarəçi olmaq istəyirsinizsə, onda işinizin haqqını verin.

Beləliklə bu yazıda sizə ideal Boss olmaq və ideal kollektivə sahib olmaq üçün texnologiyadan necə istifadə edə biləcəyiniz barədə bir neçə məsləhət verəcəm. Bu məsləhətlər nəticəsində həm bir xeyli pula qənaət edəcəksiniz, həm kollektiv əhval ruhiyyə yüksələcək, həm də informasiya kanalları tıxanmayacaq. Bu da öz təsirini biznesin uğurlarında göstərəcək.

Əvvəlki yazılarda yazmışdım ki, insanlar hissləri ilə davranan varlıqlardır. Normalda gününün 8 saatını (mənim kimi 10 saatını keçirənlər də var) iş yerində, masa-kompüter arxasında keçirən işçi üçün kiçik bir diqqət kiçik bir qayğı böyük motivasiya yaradır. Lakin heç bir işçi sizə gəlib də bu gün mənim ad günümdü, bu gün ata olmuşam, evlənirəm, səhər tərs ayaq üstə durmuşam, valideynim xəstədir, narahatam, depressiyadayam deyəsi deyil. İşçi deməyəcəksə necə bilmək olar axı bunu. Çox sadə texnologiyadan istifadə edin.

Facebook

facevookjsdg

Ən geniş yayılmış sosial şəbəkə olmasına baxmayaraq əksər iş yerlərində qadağa qoyulmuş saytdır. Halbuki günümüzün insanı gündə ən az yarım saatını Facebook-da keçirir, ən az gündə 3-4 dəfə səhifəsini ziyarət edib olan bitənlərlə tanış olur. Bəs niyə əksər iş yerlərində Facebook bağlanır? Cavab çox sadədir, işçilərin işini ölçə biləcək sistem və o səviyyədə səriştəli idarəçilərimiz yoxdur. Təcrübə onu göstərir ki, SSRİ dağılsa da onun “mirası” dağılmayıb. Hələ də bayramlarda “işləməsəndə gəl iş yerində görün” deyən rəislər, idarəçilər var. Bir yanlış fikir var ki, Facebook işləməyə maneə törədir. Əgər belə bir işçini iş yerində saxlayırsınızsa, bu sizin zəif idarəçiliyinizdən xəbər verir. Bir də ki, 21-ci əsrdə yaşayırıq artıq internetə çıxış üçün kompüter şərt deyil. Planşetlər, tapletlər və ağıllı telefonlar (Smartfonlar) bu işin öhdəsindən layiqincə gələ bilir. Bu cür məhsullar elə də əlçatmaz deyil. Ona görə də işçinizin sosial həyatını məhdudlaşdırmaqdansa bundan necə öz xeyrinizə istifadə edə biləcəyinizə baxın.

Facebook-dan alına biləcək faydalar

1. İnsanlar burada fərqli məlumatlar paylaşırlar. Bu paylaşdıqları məlumatlar eyni zamanda həmin şəxsin şəxsiyyəti, maraq dairəsi, hobbiləri və s. çox özəl xüsusiyyətləri haqqında anlayış yaradır. Əgər mən kollektivimə yeni işçi götürməli olsam, müsahibədə namizədlərin biliklərini yoxlayaram sonra isə hər birinə Facebook-da dostluq göndərib bir ay içində Facebook vasitəsilə məlumat verəcəyimi bildirərəm. Bu bir ay ərzində namizədləri aktiv izləsəniz, onlar haqqında bilmədiyiniz çoxlu müsbət və mənfi məlumatlar alacaqsınız. Çünki müsahibə 1 necə saat davam edir və insanlar içində çox hazırlılıqları var ki, asanlıqla olmadıqları kimi görünə bilirlər. Eyni zamanda elələri də var ki, çox bacarıqlı və mədəni olmalarına baxmayaraq müsahibə zamanı həyəcanlanır və özünü ifadə edə bilmir.
2. Dostluq göndərmək. Yeni işə girən işçiyə bütün iş yoldaşları dostluq göndərir (Başda İdarəçi olmaqla). Bunun mənası da budu: sən sadəcə iş yox həm də dost, yoldaş qazandın. Bununla da siz kollektivin bir-biri ilə uyğunlaşmasına yol açırsınız.
3. Facebook-da ən məşhur fəaliyyətlərdən biri status yazmaqdı. İstifadə edənlər bilir ki, burada belə sual var “What’s on your mind? “. Tərcüməsi: “Ağlından nə keçir?” deməkdir. Bundan əla vasitə?! Hər idarəçini düşündürən ən əsas sual deyil bu?! İşçinin əhval ruhiyyəsini bilməyin ən asan yolu. Müəyyən bir vaxtdan sonra bilə bilərsiniz ki, işçiniz niyə kefsizdir, niyə sevinclidir və s.
4. Yer bildirmə xidməti (Location Service) vasitəsi ilə işçiniz sizə cavab yazarkən və ya status paylaşarkən onun harada olduğunu dəqiqliklə biləcəksiniz.
5. Səs vermə özəlliyi vasitəsi ilə işçilərinizə sual verib onların qısa və ya ətraflı fikirlərini ala bilərsiniz.
6. Çatdırılma məlumatı
7. Qrup halında müzakirə
8. Görüntülü zəng

Bunlar mənim düşündüklərimin bir hissəsidir. Davamı sizin yaradıcılığınızdan asılıdır.

Skype

Ofis şəraitində ən vacib məqamlardan biri də zəngləşmələrdir. Bəzi şirkətlər daxili rabitə qurur və buna küllü miqdarda vəsait gedir. Məsələn: hal hazırda işlədiyim şirkətdə yeni xətt olmadığı üçün otaq yoldaşımla mənim daxili nömrəm eynidir və ikimizin adımız da Elçindir. Tez-tez zəng edən adam kiminlə danışdığını anlamır. Elə biz də ilk başdan kimə müraciət elədiyini anlamaq üçün 5-10 dəqiqə dinləyirik, daha sonra məlum olanda ki digərimizə müraciət etmək üçün zəng edib həm vaxt itkisi olur, həm də qarşındakı bir məsələni ikinci dəfə izah eləməli olur.

Eyni zamanda xariclə tez-tez telefon əlaqəsi yaradan şirkətlər üçün çox sərfəli tarifləri var (Dəqiqəsi 2.3 sent).

skype 3
Bundan başqa Ağıllı telefonlar vasitəsilə işçilər otaqdan kənarda da bir-birilə əlaqə saxlaya, bir-birilə fayl alış-verişi edə, məsafədən asılı olmayaraq üz-üzə danışa bilərlər.

skypedcd

Google

Fikrimcə, bir sistem ki Google-a işləyirsə o şirkətlə işləməyə dəyər. Bu şirkət yenilikçi, pulunun qədrini bilən, savadlı kadr işlədən bir şirkətdir.

Gmail Üstünlükləri

1. 20 GB-a qədər məktubların saxlanılması.
2. Kontaktların saxlanılması və digər cihazlarla paylaşır
3. Video zəng
4. Səsli zəng
5. Tapşırıqların qeydi (Task) və s.
gmail
Google Calendar üstünlükləri

1. Google təqvimlə iki görüş eyni vaxta düşməyəcək
2. Əvvəlcədən email-lə xatırlatma
3. Əvvəlcədən pəncərə ilə xatırlatma
4. Qeydlər (Məkan, telefon nömrələri)
5. Təkrarlanan hadisələr və s.
calendar
Google Drive üstünlükləri

5 GB-16 Tb arası yaddaş sizin öhdənizdədir. Elektron sənədlər, təqdimatlar, səslər, rəsmlər hər yerdə yanınızda olacaq. Sadəcə internetə girin və istədiyiniz faylınızı yükləyin. İstədiyiniz əməkdaş və ya müştərinizlə bölüşün. Eyni zamanda qrup halında bir sənədin üzərində işləyin. Sorğular keçirin və s.
drive google
Google +

Facebook-da bacardıgınız və bacarmadığınızı bacaran sosial şəbəkə. Event və Hangouts funksiyaları təqdimat-iclasların təşkili, tanıtımı, online iclas üçün əvəzolunmaz proqramdır. Yeganə mənfi cəhəti Azərbaycanda məşhur olmamasıdır. Bunun sayəsindədir ki, əksər müəssisələrdə Facebook-a qadağa olsa da Google + da qadağa yoxdur.
129301 google project
Variantlar çoxdur, istifadədə yarar almaq isə sizdən və idarəçilərdən asılıdır. Qadağalarla bir nailiyyət əldə etmək olmur. Əsas odur ki, fürsətləri dəyərləndirmə instinktiniz olsun. Bu yoxdursa, Biznesmen olmaq şərt deyil.

Son xəbərlər
Digər xəbərlər