21 C
Baku
Friday, April 26, 2024

İş yerini dəyişmək üçün dünyada hansı şəhər daha əlverşlidir?

İş yerini və ya yaşayış yerini dəyişdirməyi planlayanlar üçün Avropanın ən yaxşı şəhərlərinin adları çəkilib.

Movinga köçmə xidməti platformasının reytinqinə görə, Avropa üzrə ən yaxşı şəhərlər sırasında Münhen birinci yeri tutmuşdur (dünya üzrə Bostondan sonra ikinci yer).

İlk iyirmiliyə Almaniyanın digər 7 şəhəri (Hamburq, Ştutqart, Frankfurt, Köln, Berlin, Hannover və Düsseldorf), Böyük Britaniyanın 2 şəhəri (London və Edinburq) və Skandinaviya ölkələrinin paytaxtları olan Stokholm və Oslo daxil olub.

Dünyanın 100 şəhərini əhatə edən reytinq  proqnozlaşdırılan iqtisadi sabitlik (staraplar və artıq mövcud şirkətlər üçün), yaşayış səviyyəsi (hesablana bilən gəlirlər və tibbin keyfiyyəti də daxil olmaqla) və əmək bazarında qadınların, miqrantların və gənclərin təmsili kimi parametrləri nəzərə almaqla tərtib olunur.

Bu kimi ayrı – ayrı parametrlər üzrə liderlər var: məsələn, qadınların yaşayış yerini dəyişməsi  üçün ən perspektivli şəhərlərə Oslo, Helsinki, Malme və Heteborq (İsveç), Stokholm və Lyubyananı misal göstərmək olar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər