12 C
Baku
Saturday, November 23, 2024

İş yerlərinin süni şəkildə artırılması nə ilə bağlıdır?

Son zamanlar iş yerlərinin süni şəkildə artırılması ilə bağlı məsələlər gündəmi zəbt edib. Bu nə ilə bağlıdır? Hətta bu sıçrayış dövlət qurumlarına keçid alıb. Bunu aşağıdakı kimi izah etmək olar.

Misal – 1. “A” təşkilat Əli  adlı şəxsi 1 ay sınaq müddəti ilə, əmək müqaviləsiz işləməyə cəlb edir.  Qeyd edir ki, biz işçini işinə tam bələd olmaq  üçün  işimizi qarant  formada belə təşkil etmişik. Nəticədə 1 aylıq işçi işdə işləyəndən sonra onunla vidalaşırlar. Bu baxımdan həm iş yerlərində vakant yerlər dəyişilməz olaraq qalır. Bundan əlavə təşkilat öz büdcəsinə qənaət edir.

Misal – 2. “A” təşkilat işçini işçini işə müqaviləsiz götürür. İşçi işdə işləyərək sadəcə, xalq arasında “levı” termini ilə desək maaş alır. Bu pulun uçotu qara mühasibatlıqda aparılır. Yenə də vakant iş yerləri dəyişilməz olaraq qalır.

Misal – 3. “A” təşkilat işçini işə xidməti müqavilə ilə götürür. Burada düzdür fərdi sahibkar kimi işçi işə cəlb olunur. Uçotda qanunu şəkildə aparılsa da, təşkilat müəyyən yükdən xilas olur. Vakant iş yeri üçün hər hansı işçi ilə əmək müqaviləsi bağlamır.

Misal – 4. “A” təşkilat işçini işə götürdükdə onunla əmək müqavilə bağlayanda, ona iki ərzə yazdırır. Bir ərzə işə daxil olmaqla bağlı, digər isə işdən könüllü sürətdə çıxmaq üçün. Bu hissə daha çox populyardı.

Misal – 5. “A” təşkilat 2-3 aylıq işçilərlə əmək müqavilə bağlayır. Müqavilənin müddəti tamam olanda onlarla vidalaşır. Yenə də 2-3 aydan sonra vakant yerlər yaranır.

Qeyd olunan misalları uzatmaqda olar. Amma nəticə etibarı ilə ölkə statistikasında süni şəkildə iş yerlərinin artırılması baş verir. Bunun həm də, son zamanlar bəzi dövlət qurumlarına restruktaziyası adı ilə sıçrayış etməsi böyük  problemin yaradılmasına təkan verir. Bu məsələdə diqqətli olmaq lazımdır.Səbəb artıq belə halların özəl sektordan büdcə sektoruna keçid alması ilə bağlıdır.

Rauf Qarayev, iqtisadçı-ekspert.

Son xəbərlər
Digər xəbərlər