Qəbələ Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini bank kartında olan 2866 manat pulunun naməlum şəxs tərəfindən oğurlanması barədə məlumat verib.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 26 yaşlı Fəqan Həşimov saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, o, zərərçəkmişin kartında olan maddi vəsaiti bir neçə dəfəyə ələ keçirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.