9 C
Baku
Thursday, December 12, 2024

“İsa bulağı” istirahət kompleksinin açılışı olub – Yenilənib

16:51

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib.

Banker.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına kompleksdə yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, Vətən müharibəsindən sonra İsa bulağı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən tam bərpa edilib. Bulağın özü mərmərdən hazırlanıb, “İsa bulağı” sözləri isə milli ornamentlə yazılıb və bulağın su təminatı da tam bərpa olunub. Bulağın ətrafındakı istirahət mərkəzi və restoran milli üslubda təmir edilib, ərazidə abadlıq işləri aparılıb.

İstirahət kompleksində 4 qonaq evi və bir restoran yerləşir.

Qeyd edək ki, Şuşa şəhərindən dörd kilometr aralıda, dəniz səviyyəsindən təqribən 1300 metr hündürlükdə meşəlik ərazidə yerləşən İsa bulağı Azərbaycanın, o cümlədən Qarabağın ən məşhur istirahət yerlərindən biri hesab olunur. Bulaq Azərbaycan təbiətinin nadir incilərindən sayılır. Yerli əhalinin bu hidronim haqqında məlumatına görə, bulaq XVIII əsrdə ilk dəfə onu qalın meşəlikdə aşkar etmiş İsa adlı əkinçinin adını daşıyır.

***

10:55

Prezident İlham Əliyev Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib .

Banker.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib.

6687c1c07aea36687c1c07aea417201729926687c1c07ae9e6687c1c07aea1 6687c1c013e416687c1c013e4217201729926687c1c013e3f6687c1c013e40 6687c1c03a3b06687c1c03a3b117201729926687c1c03a3ad6687c1c03a3ae 6687c1c04ee876687c1c04ee8817201729926687c1c04ee846687c1c04ee86 6687c1c062e886687c1c062e8917201729926687c1c062e846687c1c062e87 6687c2509c9b06687c2509c9b117201731366687c2509c9ae6687c2509c9af

Son xəbərlər
Digər xəbərlər