İsa Həbibbəyli təltif olundu

0

İsa Həbibbəylinin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

“Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və elmin inkişafında xidmətlərinə görə İsa Əkbər oğlu Həbibbəyli 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin”, – deyə sərəncamda qeyd edilir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

2013-cü ilin aprel ayından Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci və ikinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.

III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur (2005-2010). Hal-hazırda IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Belçika, Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan-Pakistan, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.