14 C
Baku
Thursday, November 21, 2024

İsaak Nyuton səhmlərdə sərvətinin 80%-ni necə itirdi?

Bəşər tarixinin ən böyük alimlərindən biri həm də orta səviyyəli investorlardan biri olub?

Cənab İsaak Nyuton 1720-ci ildə Londonda “Cənubi Dəniz köpüyü” partlayanda bütün sərvətini (indiki pulla 3.6 milyon dollardan çox) itirib. O, tez-tez deyirdi: “Mən göy cisimlərinin hərəkətlərini hesablaya bilərəm, amma kütlənin dəliliyini hesablaya bilmirəm”.

Minnesota Universitetinin riyaziyyat professoru, fond bazarının tarixini geniş şəkildə tədqiq edən Endryu Odlızko bu yaxınlarda Nyutonla bağlı araşdırma dərc edib. Alim Nyutonun bir investor olaraq fəaliyyətini ətraflı araşdırıb. Məlum olub ki, Nyuton uzun illər ehtiyatlı davranıb, səhmlərə və dövlət istiqrazlarına investisiyalar hesabına portfelini şaxələndirib. 1720-ci ilin əvvəllərində onun portfelinin həcmi təxminən 32.000 funt-sterlinq (indiki pulla təxminən 4.4 milyon funt və ya 5.7 milyon dollar) olub.

Nəzərə almaq lazımdır ki, Nyuton təkcə dünyanın ən böyük alimlərindən biri deyil, həm də maliyyə sahəsində qabaqcıl olub. Zərbxana müdiri kimi o, Britaniya hökumətini pul standartını gümüşdən qızıla dəyişməyə təşviq edib.

O, həmçinin hökumətin milli borcun restrukturizasiyası üçün yaratdığı Cənubi Dəniz Şirkətinin potensialını ilk görənlərdən biri olub. Professor Odlızkonun dediyinə görə, Nyuton 1712-ci ilin iyunundan gec olmayaraq, təsis olunduqdan bir il keçməmiş şirkətin səhmlərini almağa başlayıb.

Böyük Britaniyanı bürümüş maniyadan təxminən səkkiz il əvvəl, adi investorlardan tutmuş cəmiyyətin yüksək nümayəndələrinə, tacirlərdən, fermerlərdən və dul qadınlardan tutmuş, dünyanın ən məşhur portret rəssamı olan şair Aleksandr Papaya qədər hamını Cənubi Dəniz Şirkətinin səhmlərində spekulyasiyaya cəlb edib.

Səhmlər 1720-ci ilin martında 200-dən təxminən 1000-ə yüksəlib və bir neçə həftə ərzində 200-dən aşağı düşüb. Professor Odlızko hesab edir ki, əgər Nyuton 1723-cü ilə qədər səhmlərini saxlasaydı, onun ümumi gəliri təxminən 116% artardı. Bu, dividendləri nəzərə almasaq, uzunmüddətli dövlət istiqrazları üzrə faiz dərəcəsinin 4-5% olduğu bir vaxtda kifayət qədər layiqli gəlirdir.

Lakin Nyuton heç də həmişə “al və saxla” prinsipinə əməl etməyib. 1720-ci ilin əvvəlində onun Cənubi Dəniz Şirkətində 10.000 səhmi olub. Professor Odlızko hesab edir ki, aprel və may aylarında o, səhmlərinin 8 minini təxminən 350 funta sataraq ən azı 20.000 funt sterlinq qazanc əldə edib. O vaxt bu, böyük məbləğ olub və bu gün 4 milyon dollara bərabərdir.

Nyuton tərəfindən səhmlərin satışından dərhal sonra səhmlərin  qiyməti əhəmiyyətli dərəcədə artıb – mayın sonu – iyunun əvvəlində 800-ə yüksəlib. Odlızko yazır: “Köpük şişirdi deyə Nyuton panikaya düşdü”.

Yeri gəlmişkən, professor Odlızko öyrəndi ki, “Mən göy cisimlərinin hərəkətini hesablaya bilirəm, amma kütlənin dəliliyini yox” ifadəsi Nyutona ölümündən illər sonra aid edilməyə başlayıb, ona görə də o, bu sözləri, bəlkə də, heç deməyib.  Lakin 1720-ci ildə ümumdünya cazibə qanununun kəşfçisi maliyyə cazibə qanununun mənasını dərk etməli idi: dəyəri yüksələn düşməlidir, ən çox yüksələn isə ən çox düşməlidir.

Son xəbərlər
Digər xəbərlər