20 C
Baku
Friday, November 1, 2024

İSB-nin icraçı direktoru dəyişir

İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru dəyişəcək. 

Bu barədə İSB-dən bildirilib.

Məlumata görə, İSB-yə rəhbərlik edən Elxan Quliyevin səlahiyyət müddəti (5 il) başa çatmaq üzrədir. Bu səbəbdən qurumun bu günlərdə tərkibi və rəhbərliyi yenilənmiş Himayəçilər Şurası onun əvəz olunmasına dair qərar qəbul edib. Yeni icraçı direktor hazırda “Bakı Fond Birjası” QSC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışan Fariz Əzizov olacaq.

Xatırladaq ki, İSB 2011-ci ildə yaradılıb. Hazırda onun iştirakçısı olan sığorta şirkətlərinin sayı 16-dır.

Son xəbərlər
Digər xəbərlər