13 C
Baku
Friday, November 22, 2024

İSB-nin informasiya sistemində “Azsığorta”nın satışı məhdudlaşdırılıb

İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində “Azsığorta” ASC-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığorta şəhadətnaməsi satışı məhdudlaşdırılıb.

Banker.az bu barədə Büroya istinadən xəbər verir.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı “Azsığorta” ASC-yə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə verdiyi icazənin ləğv edilməsi yolu ilə şirkətin lisenziyasının qüvvəsini məhdudlaşdırıb. Bu qərar “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq könüllü müraciət əsasında qəbul edilib.

Həmçinin Qanunun 105.3-cü və 105.4-cü maddələrinə müvafiq olaraq sığortaçının lisenziyasının qüvvəsinin məhdudlaşdırılması onun müvafiq sığorta növü üzrə yeni sığorta müqavilələri bağlamasını, habelə həmin növ üzrə qüvvədə olan sığorta müqavilələrinin müddətini uzatmasını qadağan edir və sığortaçı lisenziyasının qüvvəsinin məhdudlaşdırıldığı sığorta növü üzrə əvvəllər bağladığı sığorta müqavilələrində üzərinə götürdüyü öhdəlikləri həmin müqavilələrin müddəti başa çatana qədər və yaxud onlara Mülki Məcəllənin 919-cu maddəsində nəzərdə tutulmuş əsaslarla vaxtından əvvəl xitam verilənə qədər yerinə yetirməlidir.

Son xəbərlər
Digər xəbərlər