6 C
Baku
Saturday, December 14, 2024

İşçi axtarışı xidməti olan “Remote” $1 mlrd. qiymətləndirmə ilə $150 mln. cəlb edib

Amerikanın xarici ölkələrdən işçi axtarışı xidməti olan “Remote” 1 milyard dollar qiymətləndirmə ilə 150 milyon dollar cəlb edib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Bildirildiyi kimi, maliyyə raunduna “Sequoia Capital”, “Index Ventures”, “Two Sigma Ventures” , “General Catalyst” və digərləri iştirak edib.

Startap 2019-cu ildə “GitLab”ın keçmiş vitse-prezidenti Cob van der Vurt və “Unbabel”in keçmiş inkişaf direktoru Marselo Lebre tərəfindən qurulub. Yarandığı gündən bəri “Remote” 196 milyon dollar cəlb edib.

Platforma şirkətlərə dünya miqyasında işçilər tapmağa kömək edir və əməkhaqqı, müavinətlər, vergilər, qanunvericiliyə riayət və digər bu kimi problemləri özü həll edir. Hal-hazırda “Remote” dünyanın 47 ölkəsində fəaliyyət göstərir və 2021-ci ilin sonunadək coğrafiyasını 80 ölkəyə qədər genişləndirməyi planlaşdırır.

Şirkətin maliyyə göstəriciləri açıqlanmır, lakin ilin əvvəlindən gəlirlərin illik müqayisədə 65 dəfədən çox artdığı iddia edilir. Noyabr ayından bəri “Remote”un işçi sayı 50 nəfərdən 220 nəfərə yüksəlib.

Son xəbərlər
Digər xəbərlər