İşçi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə işə bərpa edildikdə, hansı proseslər həyata keçirilir?

0

İşçi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə işə bərpa edildikdə, hansı proseslər həyata keçirilir?

1. İşçinin işi məhkəmədə olduğu dövr məcburi işə buraxma sayılır. 2. İşçinin işə bərpa olunması üçün əmr verilməlidir. 3. İşçinin işdən azad olunması üçün əgər əmr varsa, o ləğv edilməlidir. 4. İşçinin işdən azad olunması ilə bağlı əmək kitabçasında aparılan qeydlər varsa, etibarsız hesab olunmalıdır. 5. İşçinin məcburi işəburaxma dövrü üçün əmək haqqısı verilməlidir. 6. İşçinin məcburi işəburaxma dövründə onun yerinə başqa işçi işə götürülübsə, Əmək Məcəlləsinin 74 b maddəsinə əsasən onun əmək müqaviləsinə xitam verilməlidir. Sevinc Cabbarova, Nuriyyə İbrahimova və Rauf Qarayevin müəllif olduqları Əmək Münasibətlərinin Praktiki Uçotu kitabından.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

İqtisadçı-ekspert Rauf Qarayev