14 C
Baku
Sunday, November 24, 2024

İşçi sayım 15-dir, 10 etsəm mikro sahibkar ola bilərəmmi?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 556 nömrəli qərarında mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları qeyd olunub. Mikro sahibkar kateqoriyasında işçilərin orta siyahı sayı qeyd olunub. Həmin qeydə əsasən orta siyahı sayı 1-10 nəfər işçi olduqda mikro sahibkar sayılır. İllik gəlir isə 0 – 200 000 manat olduqda mikro sahibkar sayılır.

Bunu aşağıdakı misalla izah edək:
“Sabirabad” MMC -nin aşağıdakı aylar üzrə işçisi olub.
Yanvar ayı – 12 işçi
Fevral ayı – 13 işçi
Mart ayı – 14 işsi
Aprel ayı – 15 işçi
May ayı – 15 işçi

“Sabirabad” MMC iyun ayında işçilərin sayını 10 endirərək kiçik sahibkarlıq subyektindən mikro sahibkarlıq subyektinə keçid almaq istəyir. Belə olan halda o iyun ayından mikro sahibkar kateqoriyasına aid edilə bilərmi?

Nazirlər Kabinetinin yuxarıda göstərilən siyahısında orta siyahı sayı qeyd olunub yəni 6 ayda işçilərin sayı toplanır (12+13+14+15+15+10=79) və bölünür ayların sayına. Bizim misalda bu 6 aydır və  işçilərin orta siyahı sayı edir 13,2 yəni 13 nəfər. Belə olan halda şəxs iyun ayından işçilərin sayını 10 endirməsinə baxmayaraq, o yenədə kiçik sahibkar subyekti kimi fəaliyyətini davam etdirməldir.

İqtisadçı – ekspert, Rauf Qarayev

Son xəbərlər
Digər xəbərlər