Nahar fasiləsində oxşar cəhətlər
- İş günü (növbəsi) ərzində işçilərə istirahət və nahar etmək üçün fasilə verilməlidir.
- Nahar və istirahət müddəti iş saatına daxil edilmir və əmək haqqı zamanı həmin müddət üçün ödəniş edilmir.
Fərqli cəhətlər
Türkiyə qanunvericiliyində vaxt konkret qeyd olunur.
Türkiyə İş Qanunun 68-ci maddəsinə əsasən Nahar və istirahət fasiləsi iş günün müddətindən aslıdır.
- Günlük iş müddəti 4 saata kimi davam edirsə, istirahət və nahar fasiləsi 15 dəqiqə verilir.
- Günlük iş müddəti 4 saatdan – 7 saat yarım davam edirsə (7 saat yarım daxil edilməklə), istirahət və nahar fasiləsi 30 dəqiqə verilir.
3.Günlük iş müddəti 7 saat yarımdan artıq olarsa istirahət və naha fasiləsi 60 dəqiqə verilir.
Yuxarıda qeyd olunan fasilələr minimal həddir və daimi xarakter daşıyır.
İşin xarakterindən, yerli adətdən, havadan, mövsümdən aslı olaraq nahar və istirahət üçün müddət fasilələrlə istifadə oluna bilinər.
İşçi qeyd olunan nahar və istirahət üçün ayrılmış müddətdən iş gününün istənilən saatında istifadə edə bilər.
Azərbaycan
ƏM Maddə 103
- Fasilənin verilməsi vaxtı və davamiyyəti müəssisədaxili intizam qaydaları, növbə cədvəlləri və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.
2.Əmək şəraitinin xarakterinə görə işi dayandırmaqla fasilənin vaxtını və davamiyyətini müəyyən etmək mümkün olmadıqda, işəgötürən işçiyə nahar etməyə şərait yaratmalıdır.
Əmək Məcəlləsinin 244 maddəsinin 3 hissəsində də nahar vasiləsinə rast gəlmək olar. Həmin hissədə bu qeyd olunub.
Qadının istəyi ilə uşağın yedizdirilməsi üçün fasilələr cəmlənərək nahar və istirahət vaxtına birləşdirilə, habelə iş vaxtının (növbəsinin) əvvəlində, yaxud axırında istifadə edilə bilər. Əgər qadın uşağın yedizdirilməsi üçün fasilələri cəmləyərək iş vaxtının sonunda istifadə etmək istəsə, onda onun iş günü həmin fasilələrin müddəti qədər qısaldılır.
P.S. Göründüyü kimi Azərbaycan Qanunvericiliyində konkret vaxt göstərilməyib. Bir müddət əvvəl Türkiyədən bir iqtisad elmlər doktoru mənə yazırdı ki, sizdə qanunvericiliyin şərhi üçün ekspert lazımdır. Səbəb başa düşülən tərzdə yazılmayıb. Qeyd edim ki, qanunvericiliklə bağlı bəzi məqamlarda müddətin olmaması işçi üçün də, işəgötürən üçün də problem yaradır. Hazırki Əmək Məcəlləsində bunun həlli kollektiv və əmək müqaviləsində razılaşmanın üzərinə qoyulub.
Rauf Qarayev, iqtisadçı-ekspert.