4 C
Baku
Çərşənbə axşamı, Noyabr 30, 2021

İşçilər bir saata nə qədər əmək haqqı alır?

2021-ci ilin yanvar-avqust ayları ərzində iqtisadi fəaliyyət növləri üzrə işlənmiş bir saata düşən ortalama nominal əmək haqqına görə ən yüksək göstərici mədənçıxarma sənayesinə aiddir. Bu sahədə çalşan işçi hər saata ortalama 22.4 manat əmək haqqı alır.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin təqdim etdiyi hesabatda bildirilir.

Hesabata əsasən, bu göstərici üzrə ikinci yeri maliyyə və sığorta fəaliyyəti, üçüncü yeri isə peşə, elmi və texniki fəaliyyət tutur. Bu sahələrdə çalışan işçiyə bir saata düşən əmək haqqı müvafiq olaraq 13.70 manat və 8.33 manatdır.

İnzibati və yardımçı xidmətlərin göstərilməsi isə 2.85 manat göstərici ilə siyahıda sonuncu sırada gəlir.

Banker.az DSK-nın təqdim etdiyi məlumatlara əsasən, qeyd olunan dövr ərzində iqtisadi fəaliyyət növləri üzrə çalışan işçilərin bir iş saatına düşən əmək haqqı siyahısını təqdim edir:

 

İqtisadi fəaliyyət növü  əmək haqqı/saat
Mədənçıxarma sənayesi         22.40
Maliyyə və sığorta fəaliyyəti         13.70
Peşə, elmi və texniki fəaliyyət           8.33
İnformasiya və rabitə           7.92
Nəqliyyat və anbar təsərrüfatı           6.48
Dövlət idarəetməsi və müdafiə; sosial təminat           6.46
Tikinti           5.80
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı           5.17
Emal sənayesi           4.82
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar           4.74
Turistlərin yerləşdirilməsi və ictimai iaşə           4.13
Təhsil           3.86
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi           3.65
Su təchizatı, tullantıların təmizlənməsi və emalı           3.64
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət           3.63
Ticarət; nəqliyyat vasitələrinin təmiri           3.57
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq           2.99
İnzibati və yardımçı xidmətlərin göstərilməsi           2.85

 

 

Son xəbərlər
Oxşar xəbərlər
X