4 C
Baku
Thursday, February 22, 2024

İşçilərin əmək hüquqlarının pozulmasına görə şirkət 20 min manat cərimələndi

“İnternational Technology and Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən paytaxtın Qaradağ rayonu ərazisində bir neçə şəxsin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciətləri əsasında Qaradağ rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı qeyd olunan Cəmiyyətin qanuni təmsilçisi Fuad Fətəliyev tərəfindən bir neçə şəxsin qanunla nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi və əmək haqqının ödənilməməsi müəyyən edilib.

Fakt üzrə Qaradağ rayon prokurorluğunda hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və 192.4-cü (işçinin əmək haqqının ödənilməsində qanun pozuntularına yol verilməsi) maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məhkəməsinin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

Son xəbərlər
Digər xəbərlər