23 C
Baku
Saturday, April 20, 2024

İşçilərin sığortalanması ilə bağlı xərclərin gəlirdən çıxılması

2024-cü il yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsində dəyişikliklərdən biri də müəssisələrin öz işçilərinin sığortalanması ilə bağlı xərclərinin gəlirdən çıxılması ilə bağlıdır. Artıq bu ildən çəkilən sığorta haqqı xərclərin hesablanma qaydasına müvafiq surətdə bölüşdürülərək gəlirdən çıxılması mümkün olacaq.

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, yeni qaydanı iqtisadçı ekspert Mahmud Abasquliyev şərh edir.

Vergi Məcəlləsinin 116.1-ci maddəsinə əsasən, öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanması, habelə xarici sığortaçılar ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları istisna olmaqla, sığorta haqları üzrə, həmçinin təkrarsığorta müqavilələrinə münasibətdə təkrarsığorta haqları üzrə öhdəliklər gəlirdən çıxılır. Sığorta müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, çəkilən sığorta haqqı xərcləri həmin hesabat dövrləri üzrə onun hesablanması qaydasına müvafiq surətdə bölüşdürülür.

Burada maraqlı məqam ondan ibarətdir ki, sığorta müqaviləsinin cari ildə bağlanma tarixi həmin ilin mənfəət və zərər hesabatında xərclərin hansı hissəsinin tanınmasına şərait yaradacaq.

Misal: Vergi ödəyicisi sığorta şirkəti ilə bağlanmış bir illik müqaviləyə əsasən, 01.07.2024-cü ildə 140.000 manat sığorta haqqı ödəyib. Bu halda vergi ödəyicisi ilin sonunda həmin məbləği gəlirdən xərc kimi çıxa biləcəkmi?

Sığorta şirkəti ilə bağlanmış müqavilənin müddəti 1 il olduğu üçün (01.07.2024-30.06.2025) sığorta şirkətinə odənilmiş 140.000 manatın bir hissəsi, yəni 70.002 manatı 2024-cü ildə əldə olunmuş gəlirindən çıxılacaq.

140.000 : 12 = 11667 manat;

11666 x 6 = 70002 manat.

Digər hissəsi isə 2025-ci ilin xərclərində nəzərə alınacaq.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər