25 C
Baku
Saturday, April 20, 2024

İşçilərin üçdə iksi evdən işləməyi ofisdən daha effektiv hesab edir

İşçilərin üçdə iksindən çoxu xaoslu ofis həyatından uzaqlaşmaq istəyir. Onların fikrincə, evdən işləmək daha səmərəlidir.

Banker.az xəbər verir ki, bu haqda Aha! proqram təminatçısının təsisçisi Brian de Haaf məlumat verib.

ABŞ-da işçilərin 65%-i uzaqdan işləməyin səmərəliyə təsir göstərdiyini, 86%-i isə təkliyin vəzifələrin maksimum dərəcədə effektiv yerinə yetirmək imkanını verdiyini qeyd edir.

Eyni zamanda, Haaf ofis işçilərinin konsentrasiya itkisi ilə bağlı olan şikayətlərdən danışır: işçilərin 16%-i iş yerlərində fikirlərini cəmləşdirə bilmədiyini bildirib. Amerikan şirkətləri üçün uzaqdan iş daha effektivdir (92% işçi belə hesab edir).

Xatırladaq ki, daha əvvəl Harvard biznes-məktəbinin mütəxəssisləri, uzaqdan işin işçilərin məhsuldarlığını ən az 4,4% artırdığını bildirmişdir. Bundan əlavə, Stenford Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, tapşırıqları ofis xaricində yerinə yetirmək imkanına sahib olan işçilər 13% daha yaxşı işləyirlər.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər