16 C
Baku
Friday, November 22, 2024

İşçilərə görə ödənilən yemək xərcləri ilə bağlı ciddi dəyişiklik

Banker.az bildirir ki, bu barədə Milli Mühasiblər Forumunun seminarında eksperti (MKS.az saytının), sərbəst auditor Altay Cəfərov “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa edilən mühum dəyişikliklər haqqında məlumat verib: “Qanunun “Məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növləri” adlı 15-ci maddəsinə edilən dəyişikliyə diqqətinizi yönəltmək istəyirəm.

Qüvvədə olan qanunvericiliyə əsasən, təşkilatda çalışan işçinin yemək xərcləri üçün ödənişlər üzrə sosial sığorta hesablanması həyata keçirilməli idi. Bu məqsədilə ödənilən xərc məbləği işçinin gəliri hesab edilir. Bu zaman boşluq yaranırdı ki, təşkilat öz mənfəəti hesabına işçisini yeməklə təmin edirsə, niyə həmin məbləği sosial ayırma hesablanmalıdır. Artıq yeni dəyişiklikdən sonra bu boşluq aradan qaldırıldı. “Sosial Sığorta haqqında” Qanuna edilən əlavəyə əsasən, sığortaedənin işçilərinin yeməklə təmin edilməsi ilə bağlı üçüncü tərəfə ödədiyi vəsaitə sosial sığorta haqqı hesablanmayacaq. Bu cür ödənişlər nəğdsiz olaraq aparılmalıdır.”

Son xəbərlər
Digər xəbərlər