Əmək Statistikası Bürosunun (BLS) yeni tədqiqatı uzun müddətdir şübhə etdiyim fikri təsdiqləyir: demək olar ki, həftədə 60 saatdan artıq işlədiyini iddia edən bütün tanışlarımız yalan danışırlar.
Tədqiqatçılar gündəlik araşdırmalardan əldə edilən məlumatları müqayisə edərək, belə bir qənaətə gəliblər. ATUS adlı bu layihədə amerikalılar gündəlik qeydlər apararaq, 163 fərqli fəaliyyət növünə ayırdıqları vaxtın necə bölündüyünü izləyirlər. Bu fəaliyyətlərə mağazadakı alış-verişlər, yuxu, ev heyvanlarına baxmaq və s. aid olunur.
ATUS layihəsinin digər sorğularla müqayisədə bir sıra üstünlükləri var, belə ki, adi halda insanlara verilən tək sual budur: “Həftə içi işə, ev işlərinə və ya dualara nə qədər vaxt sərf edirsiniz?”. Birincisi, insanlar özlərini düzgün şəkildə qiymətləndirməkdə çətinlik çəkirlər. Əgər onlara bu tip suallardan ibarət olan bir siyahı versəniz, dəqiq bir məlumat əldə edə bilməyəcəksiniz. İnsanlara görə, onlar bu fəaliyyətlərin hər birinə həftədə 168 saatdan çox vaxt sərf edirlər.
ATUS-un üstün cəhəti ondan ibarətdir ki, burada respondentlər gündəlik fəaliyyəti qiymətləndirərkən 24 saat ilə məhdudlaşdırılıb. Digər bir problem isə insanların müəyyən mövzulara münasibətdə daha həssas olmasıdır. Məsələn, əgər siz insanın məsciddə nə qədər müddət ərzində olduğunu soruşsanız, onun cavabı həqiqətə uyğun gəlməyə bilər. Belə ki, insan özünü olduğundan daha yaxşı görsənmək üçün yalan danışa bilər.
BLS-nin tədqiqatı göstərmişdir ki, ATUS respondentlərinin verdiyi cavablar, onların apardığı qeydlərdəki cavablardan orta hesabla 5-10% yüksəkdir. Həftə içi 75 və daha artıq saat işlədiyiniz iddia edən insanlar, daha çox yalan danışırlar. Məlum olmuşdur ki, həqiqətdə onlar həftədə cəmi 25 saat işləyirlər.
Belə bir uyğunsuzluq təkcə iş saatı ilə məhdudlaşmır. İnsanlar hər bir şeydə özlərini səhv qiymətləndirirlər (təbii ki, sərf edən məsələlərdə). 1980-cı ildə aparılan bir araşdırma göstərir ki, üzgüçülük və tennis klubunun üzvləri klub jurnallarında əks etdirən istirahət zonalarının istifadə tezliyini iki dəfə yüksək qiymətləndirirlər.
George Constanza deyib: “Əgər insan danışdığı yalana inanırsa, bu yalan deyil” . Bəlkə insanlar özləri bu yalandan xəbərsizdirlər? Mən düşünürəm ki, onlar özləri özlərini aldadırlar. Əsas da bu tendensiyaya idman zallarında, əyləncə və istirahət zonalarında tez-tez rast gəlmək olar. Müştərilər idmana gedib-gəliş tezliyini yüksək qiymətləndirirlər deyə, yenidən abonement almağa hazır olurlar.
Beləliklə, həftədə 75 saat işlədiyini söyləyən dostunuzla, həftədə 6 dəfə idman zalına getdiyini söyləyən dostunuz arasında heç bir fərq yoxdur. Onların hər iksi yalan danışır.