18 C
Baku
Thursday, April 18, 2024

İşçilərin fikrincə yaxşı müdirin əsas xüsusiyyətləri hansılardır?

Hər kəs öz müdiri barəsində gileylənməyi sevir və Gallup şirkətinin həyata keçirdiyi sorğuya əsasən, əməkdaşların 50%-i minimum bir dəfə pis müdirə görə işi tərk ediblər. Bəs “pis müdir” dedikdə necə bir şəxs nəzərdə tutulur? Və hansı müdir yaxşı hesab oluna bilər?

Banker.az bu yazıda əməkdaşların fikrincə yaxşı müdirin sahib olmalı olduğu xüsusiyyətlərdən bəhs edəcək:

  1. Onlar əməkdaşların hər birindən nə gözlədiklərini dəqiq olaraq təyin edirlər:

Hətta mütəmadi olaraq yaxşı nəticələr nümayiş etdirən əməkdaşlar belə gözlənilməz və naməlum gözləntiləri sevmirlər. Xoşagəlməz gözləntilərdən qaçmağın ən sadə üsullarından biri onların hər birinin qarşısında konkret təyin edilmiş müddət ərzində hansı məqsədlərin dayandığını açıq şəkildə qeyd etməkdir.

  1. Onlar mübahisəsiz liderlərdir və yüksək idarəetmə bacarıqları nümayiş edirlər:

Hər bir əməkdaş düzgün addımlar atan, həmçinin əməkdaşlarına düzgün qərarlar verməkdə köməklik edən müdirlərə hörmətlə yanaşırlar. Liderlik və idarəetmə məhz budur. Yaxşı müdir dəqiq məqsədlər təyin edir və əməkdaşlarını bu məqsədlərə çatmaq üçün aydınladır.

  1. Onlar öz sahəsi üzrə dərin biliklər sərgiləyir:

Yaxşı müdir öz sahəsi üzrə dərin bilik, həmçinin onlara adekvat qərarlar verməyə köməklik edən sağlam düşüncə tərzi nümayiş etdirir. Bu təhsil, düşünmək və ümumi qəbul olunmuş standartlardan kənara çıxmaq bacarığı, möhkəmlik və dəyişmək imkanı, həmçinin bazar və texnologiya barəsində bilik tələb edir.

  1. Onlar proqnoz etməyi, planlaşdırmağı və səlahiyyətləri bölüşdürməyi bacarır:

Yaxşı rəhbərlər hər bir əməkdaşın güclü və zəif cəhətlərini görə bilirlər. Və hər bir yaxşı müdir öz komandasının güclü tərəflərindən qiymətli resurs olaraq bəhrələnməyi bacarır. Daha dəqiq desək, onlar əməkdaşların güclü və zəif cəhətlərinə uyğun olaraq səlahiyyətləri planlaşdırır.

  1. Onlar dinləməyi bacarır və dərhal cavab verirlər:


Əməkdaşların nə dediyinə qulaq asmaq və dilə gətirilməyənləri duymaq vacibdir. Yaxşı rəhbərlər nəinki əməkdaşlarını diqqətlə dinləyir, həmçinin qarşılıqlı əlaqənin sağlam təşkil edilməsinə zaman da tapırlar.

  1. Onlar dürüstlük, prinsipiallıq və təvazökarlıq məsələlərində təqlid üçün bir nümunədir:

    Adətən əməkdaşlar rəhbər şəxslərin gündəlik yaşayış şərtlərindən xəbərsiz olurlar və onlar iclasda nə isə barəsində danışdıqda əməkdaşlar müdirin əməkdaşlardan daha fərqli bir həyata sahib olduğunu dərk edirlər.

Müdirin dediyi başqa, etdiyi isə başqa olduqda bu əməkdaşların gözündən yayınmır. İstənilən müdir diqqət mərkəzindədir. Əməkdaşlar onun zəif cəhət və səhvləri də daxil olmaqla hər sözünü

 

Son xəbərlər
Digər xəbərlər