23 C
Baku
Friday, April 26, 2024

İşçilərin maddi cəhətdən motivasiya edilməsi

İşçi kollektivinin motivasiya edilməsi – biznesin idarə edilməsi zamanı vacib elementlərdəndir. Motivasiya edilmiş əməkdaş ona tapşırılmış tapşırıqları və öhdəliyində olan vəzifələri 50% daha dəqiqliklə və məsuliyyətlə yerinə yetirir. Bu gün əməkdaşları motivasiya etməyin bir çox müxtəlif üsulları vardır. Lakin onları şərti olaraq iki qrupa  – maddi və mənəvi qruplarına bölməy olar. Biz bu məqalədə əməkdaşların maddi cəhətdən motivasiya edilməsindən danışacağıq.

Hələ sovet dövründən belə bir ənənə qorunub saxlanılıb – kimin kollektivdə nə qədər və necə işləməsindən asılı olmayaraq hər kəs eyni əmək haqqını alır. Əslində isə əksinə olmalıdır. Hər kəs layiq olduğu və işlədiyi qədər əmək haqqı almalıdır. Bundan əlavə, mütəmadi olaraq əməkdaşların maddi cəhətdən motivasiya edilməsi tək işçilərin deyil, həmçinin şirkətin xeyrinədir.

İşin nəticələrinə görə mükafatlar: maliyyə dövrünün yekununda əldə edilmiş əlavə gəlir şirkətin əməkdaşları arasında paylanmalıdır. Yenə də bərabər şəkildə deyil, öhdəliklərin yerinə yetirilməsi keyfiyyəti əsas olaraq paylanmalıdır. Həmçinin belə mükafatları iri miqyaslı layihələrin yerinə yetirilməsindən sonra da təqdim etmək məsləhətdir. Əlbəttə ki, layihə uğurla nəticələnərsə.

Gözlənilmədən verilən mükafatlar: Yadda saxlayın ki, gözlənilmədən əməkdaşın qazancını artırmaq bir insanın əmək haqqının yüksəldilməsini gözləməsi halında n daha yaxşıdır. İşçinin işinin keyfiyyətini və məhsuldarlığını gördükdə onu mükafatlandırmaq üçün ilin sonunu gözləmək lazım deyil. Və hər bir şirkətin belə gözlənilməz mükafatlar üçün xüsusi fondu olmalıdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər