8 C
Baku
Monday, November 18, 2024

İşçilərin COVID-19-a qarşı peyvənd olunması tələb olunan iş sahələrinin siyahısı genişləndirilib

İşçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinin Siyahısı genişləndirilib.

Bu, Baş nazir Əli Əsədovun imzaladığı “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” qərara edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının, mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və konfrans zallarının fəaliyyətində çalışan işçilərdən də COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikat tələb olunacaq.

Son xəbərlər
Digər xəbərlər