15 C
Baku
Friday, April 26, 2024

İşçini necə motivasiya etmək olmaz?

Əgər Forbes jurnalına inansaq, dünyada bütün çalışan insanlardan cəmi 19%-i öz işini sevir. Cəmi 19%. Hətta yad planetli varlıqların mövcudluğuna inan insanların sayı daha çoxdur. Bu o deməkdir ki, qalan 81% üçün bu işgəncə olmasa da, ən azından darıxdırıcı və zəhlətökən bir məşğuliyyətdir. Əgər insan öz işini sevmirsə, bu onun üçün sanki biyara çevrilir. 

Buna görə də əksər ciddi və iri kompaniyalar peşəkar adamları işə dəvət edərək, öz əməkdaşlarını motivasiya etməyi onlara həvalə edirlər.

Bu mütəxəssislər həmin işçiləri inandırmağa çalışır ki, onlar “təpədən-dırnağa qədər” həmin 19%-in tərkibinə daxildirlər.

1. Korporativ fəlsəfə

İşə qəbul zamanı həyata keçirilən –iş müsahibəsi olduqca xoşagəlməz bir prosesdir. Bunun əsas səbəbi bilirsiniz nədir? 10 haldan 9-da sizə eyni bir sualı verəcəklər və çox güman ki, siz ona heç vaxt, əsl səmimi cavab verməyəcəksiniz: «Nəyə görə siz, məhz bizim şirkətdə işləmək istəyirsiniz?»

Yəqin ki, əksər hallarda səmimi və gerçəkliyi əks etdirən cavab belə olardı: «İndi mənə təcili iş tapmaq lazımdır, mənə elə gəlir ki, mən bu vəzifəyə uyğun gəlirəm və çalışacağam ki, öhdəmə düşənləri vicdanla yerinə yetirim». Ya da təxmini bu tip bir şey.

Demək olar ki, bizlərdən hər biri ona görə işə düzəlir ki, həyatda özünə gün ağlasın, yəni öz xərclərini özü qarşılasın və müəyyən qədər stabil gəlir əldə etsin. Bizə ona görə pul lazımdır ki, hələ ki dükanlarda heç kəs havayı heç nə satmır, çünki biz yaşadığımız mənzilin haqqını ödəməli və uşağı məktəbə yola salmalıyıq. Çətin ki, kimsə büzməli karton istehsal edən müəssisəyə ona görə işə düzəlib ki, uşaqlıqdan, hələ məktəb partası arxasında oturarkən bu arzuda olub.

Əlbəttə əgər bizlərdən hər biri uşaqlıqdan arzusunda olduğu, yaxşı əməkhaqqı ödənilən və eyni zamanda dünyanı daha yaxşı etməyə kömək edən, onu gündən-günə mükəmməlləşdirən bir vəzifə tutsaydı, bu çox əsrarəngiz bir möcüzə olardı. Amma təəssüf ki bu vəzifələr artıq məşğuldur. Ona görə də qalan əhali özünə nisbətən sadə müəssisələrdə iş axtarmaq məcburiyyətindədir.
Biz intervünü götürənlərə həqiqətdən başqa hər şeyi deyirik, guya ki, onların korporativ mədəniyyəti bizi valeh edir, biz kompaniyanın öz işlərini necə məharətlə qurmasına heyran qalmışıq, bu şirkətdə işləmək bizim çoxdankı arzumuzdur, biz eyni dəyərləri paylaşırıq, eyni tipli musiqiyə qulaq asırıq və s.

Başında sağlam ağıl olan heç kəs buna inanmaz. Amma ola bilsin ki, sanballı şirkətin əməkdaşı üçün  inandırıcı şəkildə yalan danışmaq qabiliyyəti –onun vəzifəyə uyğunluğunu müəyyən etmək anında ən həll edici məqamdır.

2. Motivasiya menecmenti

recrementKompaniya sanballı həcmlərə qədər böyüyəndə, əksər kök insanlarda olduğu kimi, onda da müəyyən qədər yöndəmsizlik, çeviksizlik  və biçimsizlik müşahidə olunmağa başlayır. Onda uzaqgörən və müdrik rəhbər bu komandaya yeni ruh gətirmək üçün müəyyən yollar axtarıb tapmalıdır.

Belə götürək ki, siz böyük bir kompaniyada çalışırsınız və karyera pillələrinin əsasının qoyulması mərhələsindəsiniz. Sizin menecer hamınızı bir yerə toplayıb, sizin necə gözəl komanda olduğunuz haqqında odlu-alovlu bir nitq söyləyir, o sizlərdən hər birinin özünü kompaniyanın çiçəklənməsi uğrunda necə həvəslə işə həsr etdiyini, özünü bütünlüklə işə verməsini vurğulayır. Sadəcə bəzi yerlərdə səyi bir az da gücləndirmək lazımdır, qalan hər şey isə superdir. Bu gün isə siz daha gümrah, daha şən işləyə və daha çox məhsul sata bilərsiniz.

Sizi işdən çıxartmayana və ya özünüz işdən çıxmayana qədər, hadisələr elə bu axarla da davam edəcək.

Menecerlər çətin ki, ciddi şəkildə inanırlar ki, kompaniyanın ötən rüb ərzində işçilər sayəsində nə qədər mənfəət əldə etdiyini söyləməklə və ya bu rüb nə qədər əldə etməyə hazırlaşdığı haqda söhbətlərlə işçiləri motivasiya etmək olsun. Məsələn «kompaniyanın uğuru, həm də sənin fərdi uğurundur » tipli çıxış, əgər işçi kompaniyanın mənfəətindən faiz əldə etmirsə, ürək bulanmasınadan başqa heç bir şey oyatmır. Əgər hətta siz mənfəətdən faiz qazanırsınızsa da, onda öz həmkarlarınızı eyni bir ailənin üzvü kimi deyil, qazanc uğurunda mübarizə aparan rəqiblər kimi qəbul edəcəksiniz. Yəni bu nüans sizin işinizə heç bir əlavə sevinc qatmayacaq.

19% bəxtəvər çətin ki belə bir nüansa diqqət yetirsin –onların vəziyyəti onsuz da yaxşıdır, (amma çox güman ki, bu faizlərin əksər hissəsini menecerlər özləri və ya digər özü –öz işinin ağası olan insanlar təşkil edir). Digərlərinə gəldikdə isə, bəlkə kiməsə bu tip toplantılar zövq yaşadır, amma üst-üstə toplasaq belə “orijinal nüsxələrin sayı” heç 5%-dən çox eləməz.

Əgər yuxarıda deyilənlər sizə aid deyilsə, belə hesab edin ki, bəxtiniz iş sarıdan gətirib.

3. Görüntü

Hər bir ofisdə «Müdir gəlir!» şərti adı altında olduqca məzəli bir oyun oynanılır. Müdirin yaxınlaşma anı gəlib çatanda, hamı özünü elə aparır ki, işdən baş ayırmağa belə vaxtı yoxdur, onlar üzlərinə çox qayğılı bir görkəm alır, sanki onları oturduqları masa arxasında heç sel də gəlsə tərpətmək olmaz.  Eyni zamanda da sizin müdiriniz, öz müdirinin yanında guya ki, həddindən artıq qaynar bir iş prosesinin olduğu haqqında assosiasiya yaratmaq istəyir, buna görə də o, öz rəisinin qəbuluna gedəndə daha yaxşı qalstuk taxır.

İşdə tez-tez elə hallar olur ki, rola girmək lazım gəlir. Sizə həmişə elə görünməlisiniz ki, başqasının sizin haqqınızda yaratdığı təsəvvürlərə uyğun olasınız. Məsələn, əgər siz sifarişlərin hazırlanması mərkəzinə işləməyə getsəniz, sizin yadda saxlamalı olduğunuz ilk qayda -heç bir cins paltar geyinmək olmaz! Nəyə görə bu belə vacibdir – bu, çoxlarını düşündürən sualdır. Əgər siz öz işinizi yaxşı görürsünüzsə, hansı materialda şalvar geyinməyin axı nə fərqi var?

Adətən bu tələblər onunla izah olunur ki, şirkət öz işçilərini müştərilərə daha yaxşı formada təqdim etmək istəyir. Belə güman edilir ki, guya hər gələn yeni müştəri klerkə menecer gözü ilə baxır və bütün mümkün vasitələr ilə onun həyatını zəhərləməyə çalışır və bundan ötrü fürsət axtarır.

Nəyəsə görə bütün müştərilər guya ki, cinsə nifrət edirlər. Onlara necə xidmət edirsən et, əgər əynində cins varsa, bütün işləri korlamısan.

Axı burda məntiq haradadır? Əgər sizin kompaniyanın xidməti pis səviyyədədirsə -işçiləriniz hansı materialda şalvar geyinməsi gərək sizi hər şeydən sonra narahat edə, axı sizin maraqlanmalı olduğunuz daha vacib şeylər vardır, çünki müştərini də ilk növbədə xidmət səviyyəsi, daha sonra isə digər amillər maraqlandırır.

4. Müştəri yoxdursa – əlinə süpürgə götür

cleaningBu yazılmamış qaydaya əsasən, siz iş vaxtının hər bir dəqiqəsini iş başında, sakit dayanmadan keçirməlisiniz. Məsələn siz kassirsiniz, müştəri isə yoxdur, demək siz əlinizə bir nəm parça alıb, onsuz da par-par parıldayan kassa aparatını “tozunu” almalısınız. Ya da yaxınlıqda vitrinlərdə qoyulmuş şokoladları səliqə-sahmana salmalısınız. Əgər sizin işiniz dizayndırsa, müştərilərin sifarişi artıq hazırdırsa, onda axı niyə boş oturasınız, siz yeni gəlmiş malları anbara yığmağa kömək edə bilərsiniz.

Əgər sizi kompüter satmaq üçün işə götürüblərsə, amma nədənsə bu gün alıcılar yoxa çıxıbsa və dükan heç kəs girmirsə, nəyə görə siz gedib, anbardakı hörümçək torunu təmizləməlisiniz? Bundan ötrü, təmizlik işinə və yır-yığışa görə əməkhaqqı alan insanlar var. Əgər yoxdursa –qoy götürsünlər.

Əgər müxtəlif mənbələrdən götürülmüş məlumatları toplasaq, son beş il ərzində orta işçilərin yarıdan çoxu öz iş günlərinin saat yarım və ya iki saatını bir-başa öz öhdəlik və vəzifələrinə aid olmayan işlər ilə məşğul olur.

Əksər insanlar bu alçaldıcı vəziyyət –yəni insan daima öz mövcudluğunu haqq qazandırmalı olduğu situasiya, gec-tez öz işini dəyişməyə məcbur edir. Sizlə başını nə iləsə qarışdırmalı lazım olan beş yaşlı körpə kimi davrananda, yerinə yetirməli olduğunuz bir-başa vəzifələr əvəzinə, qapı dəstəklərini parıldayana qədər təmizləmək həvalə olunanda, onda əlbəttə ki, sizdə bu işdə heç bir məna görməyəcəksiniz.

5. Kollektivi bir araya toplamaq

Kollektivin möhkəmlənməsi ilə bağlı (və ya «team building») tədbirlər əksər hallarda kollektiv işgəncəyə çevrilir. Mənasız uşaq oyunları normal düşünüləsi insanda çətin ki qıcıqlanmadan başqa bir şeyə səbəb olsun.  Xüsusən də əgər, onlar «könüllü» adı altında məcburi xarakter daşıyırsa.

Sizi gözü yumulu şəkildə iş yoldaşlarınızın qolları üstünə yıxılmağa, ipdən dairə və kvadratlar düzəltməyə, meşədə göbələk və giləmeyvə yığmağa məcbur edirlər. Bəzi işəgötürənlər hətta xüsusi mütəxəssisləri işə dəvət edirlər ki, belə tipi oyunları düşünüb tapsınlar.

Öz təcrübəmizə arxalanaraq əminliklə deyə bilərik ki, bu tipli tədbirlər insanı internetdə özünə yeni iş axtarmaqdan savayı heç nəyə ruhlandırmır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər