Məsələ motivasiyada qəpik qənaət etməkdə deyil. Sadəcə komandanın ruh yüksəkliyini başqa üsullarla da qaldırmaq olar. Bunun üçün aşağıda doqquz misal gostərilib.
1. Tərifləri əsirgəməyin. Hamı xoş söz eşitmək istəyir. Baş direktor tərəfindən tərif çox dəyərli olur. İnsanları hər bir nailiyyətinə görə yaxud sadəcə yaxşı işinə görə tərifləyin. Tərifə təkbətək olduğunuz vaxt başlayın, sonra isə insanları başqalarının yanında tərifləməyə çalışın.
2. Canınızı menecerlərdən qurtarın. Menecersiz işləmək? Bu ki ağılsızlıq olar. Siz isə bunu sınayın. Komandaya liderləri yaxud rəhbərləri təyin etməyin. Bunun əvəzinə insanlara komanda şəklində işləmək üçün geniş imkan yaradın. Rəhbərin mənəvi ruhu aşağı düşəcək? Komanda ruhunun aşağı düşməsi daha pisdir. Bu haqda fikirləşin. İnsanlara komandada eyni hüquqlar əsasında işləmək imkanı verin. İnsanlar tez gəlməyə, gec getməyə başlayacaqlar və məsələlərin həlli üçün daha çox qüvvə sərf edəcəklər.
3. Öz fikirlərinizi onların fikirləri edin. İnsanlar onlara göstəriş verilməsinə nifrət edirlər. İnsanları məcbur etməyin, sizin fikrinizin onların fikiri olmasını hiss etdirin. “Biz bunu (sizin fikriniz) belə etsək, necə olar. Siz necə fikirləşirsiz, belə yaxşı olar?”
4. Tənqid etməyin və səhv düzəltməyin. Heç kim (ümumiyyətlə heç kim) səhvinin üzə vurulmasını xoşlamır. Əgər insanı demotivasiya etmək istəyirsinizsə, bunun üçün tənqid ən yaxşı üsuldur. Üzünə deməyin, yaxşısı budur ki, onu dolayı yolla başa salın. İnsana daha yaxşı olması üçün (yumşaq formada) kömək edin, səhvini başa düşməyə və onu düzəltməyə kömək edin. Ondan soruşun: “Bu yaxşı üsul idi? Başqa cür necə etmək olar?” Belə halda bu səhvləri barmaqla göstərmək deyil, söhbət olacaq.
5. Hər bir kəsi lider edin. İnsanlara onların güclü cəhətlərini deyin və onların mükəmməl olmaqlarının başqalarına nümunə olduğunu başa salın. Yüksək tələb qoyun və insanlar lider etimadını doğrultmağa çalışacaqlar.
6. İnsanları nahar arxasında ünsiyyətə dəvət edin. Əməkdaşları təəccübləndirin. Bossla rəsmi nahar siyasətini yeritməkdən boyun qaçırın. Sadəcə insana yaxınlaşaraq onu birgə qəlyanaltı etməyə dəvət edin. Bu, insanın işinə fikir və qiymət verməyinizi göstərməyinizin sadə üsuludur.
7. Qəbul edin və mükafatlandırın. Bunu müxtəlif formada etmək olar. Müşavirədə əməkdaşların birinin müvəffəqiyyətləri haqqında ucadan elan edin. Daxili konkurs yaxud oyun keçirin, görünən yerdə lövhə asın və yarışmanın gedişini orada qeyd edin. Kiçik hədiyyələr də (büdcəyə çox təsiri olmayan) rol oynayırlar: naharlardan, qənimətlərdən, SPA-xidmətlərdən, yadigar boşqablardan yaxud lövhələrdən istifadə etməyi sınayın.
8. Əyləncə tədbirləri keçirin. Pikniklərə yığışın, ad günləri qeyd edin, xoşbəxt saatlar təyin edin. Rəsmi bayramları gözləməyin, əməkdaşların həmrəyliyi hiss etməsi üçün əyləncə gecələrini il boyu keçirin.
9. İnsanlarla sevinci və kədəri bölüşün. Əgər şirkətdə hər şey yaxşıdırsa, bayram keçirin. İnsanlar biləcəklər ki, siz ağır əməklərinə görə onlara minnətdarsız. Əgər şirkətdə işlər yaxşı getmirsə, komandadan ayrılmayın. Axı siz insanların sədaqətli olmaqlarına ümid edirsiz. Sizə elə gəlmir ki, insanların şirkətdə nə baş verdiyinin düzünü bilməyə hüquqları var? Ünsiyyətdə səmimi və açıq olun.