15 C
Baku
Friday, April 26, 2024

İşdən çıxarılmış işçinin işə bərpası zamanı əmək haqqısı və sənədləri necə rəsmiləşdirilməlidir?

“Uğur-Onur Qarayev” MMC-nin mühəndisi Səxavəddin Zeynalov səbəbsiz yerə 01.03.2019-cu il tarixdən  işdən azad olunub. Müqaviləyə əsasən aldığı əmək haqqı 600 manat idi. Onun yerinə işə Sadiq Qarazadə götürülüb. 01.06.2019-cu il tarixli məhkəmənin qətnaməsinə əsasən, işçi işə bərpa olunur. (Bu yazının müəllifinin məlumatıdır)

İşəgötürən tərəfindən qətnamənin qəbul edilməsi

Əmək Məcəlləsinin 12 maddəsinin d bəndinə əsasən, işəgötürənin əsas vəzifələrindən və məsuliyyətlərindən biri də fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirməkdir.

Yerində işləyən işçinin əmək müqaviləsinə xitamın verilməsi

Məcəllənin 74-ci maddənin 2-ci hissəsində qeyd edilir ki, Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. 

Xitam verilməsi 74 maddəsində qeyd olunur. Tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə əsasən b) əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda xitam verilir.

Sadiq Qarazadə son haqq hesab edilərək 01.06.2019-cu il tarixdən Əmək Məcəlləsinin 74 maddəsinin b bəndinə əsasən işdən azad olunur.

İşəgirənə əmək haqqı

İşdən azad olunan işçiyə azad olunma ayında faktiki işlədiyi günlərə görə əmək haqqı ödənilməlidir. Əmək haqqı adi qayda ilə faktiki işlədiyi günlərə görə hesablanır.

Sonuncu işlədiyi ay may olub və Sadiq Qarazadə 600 manat əmək haqqısına uyğun məcburi ödənişlər çıxıb əmək haqqısı verilir.

Ümumilikdə işlədiyi müddət ərzində yəni 3 aya 1800 manat əmək haqqı verilir.

İşəgirənə məzuniyyət

Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

3 ay işləyib. Üç aya 1800 manat əmək haqqı alıb. Onun illik əsas məzuniyyət günləri 30-dır.

1800/3 = 600/30,4 = 19,74 manat bir günə düşən məzuniyyət pulu. 19,74* 8 gün  (3 aya düşən məzuniyyət günləri) = 157.96 manat məzuniyyət pulu, məcburi ödənişlər çıxıldıqdan sonra Sadiq Qarazadəyə verilir.

Yalnız əsas məzuniyyət nəzərə alınır. Staja görə məzuniyyət günü burada nəzərə alınmır.

İşəgirənə kompensasiya

İşçi il ərzində ona düşən məzuniyyət günləri üçün tam işləməyibsə ona bu günlərə düşən kompensasiya ödənilmir. Misal üçün, il ərzində işçiyə 30 gün məzuniyyət günü düşür, lakin, işçi bu ili tam işləməyibsə, o zaman, işlədiyi aylara görə ona mütənasib məzuniyyət günləri hesablanır. Misalımıza əsasən Sadiq Qarazadəyə kompensasiya düşmür.

İşə bərpa olunanan sənədləri

İşçinin işə bərpa olunması barədə əmr verilməli, həmin əmrdə əvvəlki xitam əmri ləğv edilməli, əmək kitabçasındakı həmin xitam qeydinin etibarsız olması barədə yeni qeyd yazılmalıdır.

İşçinin iş ili və əvvəlki müqavilə şərtləri olduğu kimi qalır.

İşə bərpa olunanan əmək haqqısı

Mühəndis işə qəbul olunduqdan sonra, işdən çıxdığı tarixdən (01.03.2019-01.06.2019) işə qəbul olunan tarixədək dövr üçün müqavilədə qeyd olunan əmək haqqısı verilir. Yəni 600*3ay = 1800 manat əmək haqqı hesablanıb məcburi ödənişlər (vergi, dsmf, işsizlikdən sığorta) çıxıldıqdan  verilir.

İşə bərpa olunanın stajı

İşçinin işdən çıxması məcburi işburaxma dövrü sayılır. İşçi işə bərpa olunduğu dövr üçün iş stajı itirilməmiş sayılır və məzuniyyət dövründə, pensiya çıxdıqda nəzərə alınır.

İşə bərpa olunanan digər vəzifəyə qəbul edilərsə

İşçinin razılığı ilə digər vəzifəyə qəbul edilərsə,  əvvəlki ümumi əmək haqqısı yəni 1800 manat ona verilməlidir. Əmək müqaviləsinin şərtləri 01.06.2019-cu ildən dəyişdirilə bilinər.

Rauf Qarayev,
İqtisadçı – ekspert

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər