İşdən kənarlaşdırma nə deməkdir?

İşdən kənar etmə dedikdə işçinin əmək müqaviləsinin onun üzərinə qoyduğu funksiyaları yerinə yetirməsinin müvəqqəti surətdə qadağan olunması, eyni zamanda ona əmək haqqı ödənilməsinin dayandırılması başa düşülür.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Əmək Məcələsinin 62-ci maddəsində bunun bağlı qeyd var.

  1. İşəgötürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər:
  2. a) işçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda;
  3. b) bu Məcəllənin 226-cı maddəsi ilə müəyyən edilmiş hallarda işçi icbari tibbi müayinə olunmaqdan boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə;
  4. c) iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə;

ç) insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə və vəzifələrdə işləyən işçi vaxtaşırı insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən imtina etdikdə. 

  1. İşçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir.
  2. İşdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. Üzrlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda, onlara işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əməkhaqqı ödənilir.
  3. İşdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər.
  4. İşdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər.

Misal -1. A MMC-də cinayət işi olub. A MMC-nin müdiri təqsiriləndirən  şəxs kimi istintaqa cəlb edilib.  Belə olan halda o işindən müvəqqəti olaraq, yəni istintaqin gedişi zamanı kənarlaşdırılır. Bu da daxili əmrlə sənədləşdirilir. Yekunda məlum olur ki, bu adamın heç bir günahı yoxdur, belə olan halda o yenidən öz işinə qayıdır. Bu halda işdə olmadığı dövr üçün ona əmək haqqı verilmir.

  Əgər  şəxs cinayət işi sübuta yetirilsə  idi, o halda onunla bağlanmış müqaviləyə  ƏM müvafiq maddəsi ilə xitam verilərdi. Yəni işdən kənarlaşdırma işdən çıxma deyil.

Misal – 2. Sabirabad MMC-nin işçisi üzrlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçmədəyi üçün, daxili əmrlə işdən kənar edilir. Onun işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əməkhaqqı ödənilir.

Misal – 3. “S” MMC-nin işçisi insanın immunçatışmazlığı virusu ilə vaxtaşırı muayənədən keçməkdən imtina edir. Belə olan halda həmin şəxs işdən müvəqqəti olaraq kənarlaşdırılır.

Digər hallar yuxarıda qeyd olunub.

P.S. İşçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir.

İqtisadçı – ekspert Rauf  Qarayev