1 C
Baku
Saturday, December 14, 2024

İşdə gərgin fəaliyyət obrazını necə yaratmaq olar?

İş vaxtı digərləri iş görərkən siz iki saatlıq nahar fasiləsinə çıxmaq, internetdə doyunca vaxt keçirmək, onlarla şəxsi zəng etmək yaxud bir az mürgüləmək istəyirsiniz?

İşdə gərgin fəaliyyət obrazı yaratmaq üçün “avaraçılığın” bir neçə qaydası sizə kömək edəcək.

1. Məşğul görünmək üçün kompüterdən istifadə edin.

Sizi müşahidə edənlər üçün kompüterlə işləyirmişsiniz kimi bir görüntü yaradın. Nə ilə istəsəniz məşğul olmaq olar, hətta iş prosesi ilə bağlı olmasa belə. Müdir nə ilə məşğul olduğunuzu soruşduqda isə proqram təminatı ilə maraqlandığınızı bəhanə edə bilərsiniz.

2. Ofisdə əlinizdə sənədlərlə gəzin.

Belə əməkdaşlar həmişə gərgin işləyən işçi təəssüratı bağışlayır. Müdir sizi ofisdə əliboş vəziyyətdə gəzərkən görərsə böyük ehtimalla düşünəcək ki, siz işdən yayınırsınız. Evə gedərkən də özünüzlə sənədlər götürün. Bu halda mütəmadi olaraq, fasiləsiz işləyən işçi təəssüratı yaradacaqsınız.

3. Avto-cavablayıcı.

Çalışın telefon zənglərinə cavab verməyin, avto-cavablayıcını qoşun. Birincisi, bununla zəng edənlər sizin məşğul olduğunuzu düşünə bilərlər. İkincisi isə, böyük ehtimalla onlar öz işlərini sizə tapşırmaq üçün zəng edirlər. Lakin çox zaman bu üsuldan istifadə etmək məsləhət deyil. Çünki, belə, çox vacib bir məlumatı da əldə vermiş ola bilərsiniz.

4. İş masasının üzərində səliqəsizlik.

İş masasının üzərinin səliqəli olması onu göstərir ki, işçi elə də gərgin vəziyyətdə işləmir. Unutmayın, masanın üzərində bir qalaq kağız müdir üçün vacib sənədlərdən fərqlənmir. Onun üçün sadəcə həcm vacibdir. Beləliklə, masanızın üzərində lazımsız kağızlar, məlumat kitabçaları, ciddi nəşrlər sizi gərgin şəraitdə işləyən biri kimi göstərəcək.

5. Ucadan ah çəkin, əsəbi və gərgin görünməyə çalışın.

Belə etdikdə rəhbərlik və ətrafınızdakı əməkdaşlarınızda elə təəssürat yaranacaq ki, çox gərgin iş rejiminiz var və yüksək təzyiq altında işləyirsiniz.

6. İşdən evə gec gedin.

Xüsusəndə əgər müdir hələ getməyibsə işdən gec çıxmağa çalışın. Bu zaman evdə oxumağa zaman ayırmadığınız kitabları, jurnalları oxumaqla zaman keçirə bilərsiniz.

Çox vacib məktubları qeyri-iş vaxtında, yaxud tətil günlərində göndərin. Bununla da hər zaman işləməyə hazır bir insan obrazı yaradın.

7. Lüğət ehtiyatı.

Öz fəaliyyətinizlə bağlı bir neçə ciddi nəşrləri oxuyun və professional terminologiyanı əzbərləyin. Rəhbərliklə danışıqlar zamanı ağıllı sözlərdən sərbəstliklə istifadə edin.

Bu vəziyyətdə onun sizi başa düşüb-düşməməsi vacib deyil, əsas olan təsirli danışmaqdır!

Son xəbərlər
Digər xəbərlər