Biz hamımız çoxlu pullara sahib olmaq istəyirik. Lakin ilk növbədə bunun üçün yaxşı maaşlı bir işə düzəlmək lazımdır. Bunu neçə etmək olar?
1.Telefon danışığı. Qaydalara əsasən, sizin işə götürənlə ilk ünsiyyətiniz telefon vasitəsilə baş tutur. İlk başdan sizin tapşırığınız qısa müddətli dialoq zamanı da olsa onda müəyyən təsir yaratmaqdır.
Özünüzü sübut etmək üçün nə haqqında danışmaq lazımdır?
Hansı vəzifəyə düzəlmək istədiyinizi ətraflı şəkildə bilməlisiniz. Vacib anları qeyd edərək bir neçə suallar verin. Şirkətin adını, kiminlə telefonda danışdığınızı, telefon nömrələrini, zamanı və görüş vaxtını mütləq bir kənara yazın.
Görüşün vaxtını müəyyən etdikdə elə bir vaxt seçin ki, sonradan başqa işləriniz çıxmasın və bu işlərə görə müsahibəni təxirə salmayasınız. Həmçinin, bir gün ərzində bir neçə müsahibəyə gedəcəksinizsə, onlar arasında 2-3 saat fasilə qoyun.
2.Müsahibəyə hazırlıq. Ən asan mərhələ geridə qaldı. İndi “palçığa üzü üstə düşməmək” üçün əsaslı şəkildə hazırlaşmaq lazımdır. Bəs, nədən başlamaq lazımdır?
İlk növbədə, lazımı sənədləri hazırlayın. Həmçinin, işə düzəlmək istədiyiniz şirkət barədə məlumatlara sahib olmağınız da sizin xeyrinizə olardı.
Mümkün olan bütün məlumat mənbələrindən istifadə edin: internet, mətbuat, hətta bu şirkət barədə məlumatı olan qohumlarınız, dostlarınızdan da ilkin məlumatlar əldə edə bilərsiniz. İşəgötürən şəxsin sizin şirkət haqqında məlumatlı olduğunuzu bilməsi sizin xeyrinizədir.
Öz həmsöhbətinizə hiss etdirin ki, siz onun şirkəti ilə maraqlanırsız. Həmçinin işəgötürən şəxsə vermək istədiyiniz sualları da əvvəlcədən hazırlayın.
3. Müsahibə zamanı. Budur, bütün həyatınızı dəyişə biləcək mühüm an gəlib çatdı!
Müsahibə yerinə təyin olunmuş vaxtdan bir az əvvəl də gələ bilərsiniz. Sizin müsahibə vaxtını gözləməyiniz hər halda, işə götürən şəxsin sizi gözləməsindən yaxşıdır. Müsahibəyə gecikdiyiniz halda isə zəng edib gecikməyiniz barədə məlumat verməlisiniz. Lakin ən yaxşısı bu hallardan uzaq durmaqdır.
Kabinetə daxil olduqda isə gülərüz və mehriban olun. Suallara diqqətlə qulaq asın və əgər nə isə sizə aydın deyilsə, mütləq sual verin.
Ən əsası – sizin karizmanız və özünüzə əminliyinizdir! Uğurlu müsahibələr…