10 C
Baku
Friday, November 1, 2024

İşdə nüfuzunuza xələl gətirəcək cəhətlər

Bizim hər birimiz işdə səhvlərə yol veririk və çox az insan öz işini ideal şəkildə yerinə yetirir. Unutmayaq ki, səhvlərdən qorxmaq lazım deyil. Bəs yox əgər çox ciddi səhvə yol vermisinizsə? Bəzi hallarda öz nüfuzunuza geriyə dönüşü olmayan bir şəkildə xələl gətirə bilərsiniz.

Yaranmış vəziyyətlərin əksəriyyəti nəinki nüzunuzu zədələyə, hətta işdən azad edilməyinizə səbəb ola bilər. Bəs hansı hallarda nələrdən uzaq olmaq lazımdır? Mümkün qədər bu cəhətlərdən xilas olmağa çalışın.

Başqasının nailiyyətlərinə yiyələnmək

Yəqin ki, iş mühitində başqa insanın nailiyyətinə yiyələnməkdən şərəfsiz bir addım yoxdur. Oğru reputasiyası qazanmamaqdan qaçmağın ən yaxşı üsulu uğurun səbəblərini təhlil etməkdir. Bu uğurda şəxsən sizin rolunuz nədən ibarət olub? Doğurdanmı nəticə sizdən asılı olub və yaxud onun bir hissəsi olmusunuz? Səmimi olun və qoy işiniz özü sizin haqqınızda hər şeyi desin.

Səhvi gizlətmək

Hər hansı bir səhvə yol verdikdə onunla bağlı sənədləri silə, yaxud ata bilərsiniz, heç nə olmamış kimi susmaq da olar. Lakin hər bir halda bu sürəti azaldılmış bombadır və gec və yazud tez partlayacaq. Səhvinizi nə qədər çox gizlətsəniz, nəticələri də sizin üçün bir o qədər acınacaqlı olacaq. Bu zaman etməli olduğunuz şey elə ilk başda səhvinizi etiraf etməlisiniz.

İş vaxtını boşa keçirmək

Gün sizin üçün uğursuz başladıqda və yaxud özünüzü pis hiss etdiyinizə görə işləyə bilmirsinizsə işi yarıda qoyun. Buna görə sizi qınamaz və anlayışla qarşılayarlar. Lakin bu hal hər gün təkrarlanırsa, nüfuzunun gözdən düşməsi an məsələsidir. Bunun əvəzində probleminiz ilə bağlı rəhbərliklə danışın, iş yükünüzün yenidən bölüşdürülməsini tələb edin.

Son xəbərlər
Digər xəbərlər