15 C
Baku
Saturday, April 20, 2024

İşdə stressdən necə xilas olmaq olar?

Aydın məsələdir ki, gündəlik iş həyatımız stressdən sığortalanmayıb. Bəs iş zamanı stressdən necə xilas ola və həmin zamandan necə faydalı istifadə edə bilərik? 

“Yox” deməyi bacarın

Belə qəbul edilib ki, bir çox məşhur şirkətlərdə motivasiyalı, işini sevən insanlar daim “hə” deməlidirlər. Lakin bu heç də hər zaman yaxşı ideya deyil. Əgər daim “hə” deməyə meyillisinizsə, çox güman ki, tez bir zamanda sizin gizli qəzəbiniz özünü biruzə verəcək. Bu səbəbdən də lazımi anda və lazımi yerdə “yox” deməyi bacarın.

Sərhədlərinizi təyin edin

İşdə işi üzərində “can yandıran” insanların sahib olduğu ümumi zəif cəhət var. Onlar işlərinə sadiqdirlər və nüfuzlarını qorumaq üçün əllərindən gələni edirlər. Onlar üçün zamanı idarə etmək əsl problemdir, hansı ki, problemin fərqinə artıq gec olduqda varırlar.

Bədəninizin siqnallarına diqqət yetirin. Gücünüzün tükəndiyini hiss edirsiniz? Gərginliyi azaltmaq üçün manevrlərə boş “məkan” yaratmaq lazımdır. Neqativ fikirlərdən uzaq olun və ətrafdakılardan yardım istəməyi öyrənin. Xüsusəndə uzun müddət heç kəsdən yardım almayaraq işinizi özünüz həll etməyə vərdiş etmisinizsə. Vacib olan həddindən artıq səy göstərməməkdir. Və unutmayın ki, sağlamlığınız əldə etdiyiniz nəticələrin ayrılmaz hissəsidir.

Sizi enerji ilə təmin edən işlər axtarın

Bizlərdən daha məsuliyyətli işlərlə məşğul olanlar öz işlərindən daha böyük sevinc və məmnunluq hissi duyurlar. İşimizi sevdikdə və onun mühümlüyünü dərk etdikdə həyat tarazlığını hiss edir və zamanımızı boşa sərf etmədiyimizi anlayırıq. Sıxıntı isə bizdən tələb ediləndən daha artığını etməyə qadir olduğumuzda yaranır.

Bu səbəbdən  də vəzifə və peşə seçərkən daxili və xarici bacarıqlarınızı nəzərə alaraq seçim etməlisiniz. Daha dəqiq desək, balans yaratmağı bacarmalısınız. Doğrudur, işdə stressdən 100%-liklə xilas ola bilməsənizdə, sağlamlığınız naminə onu minimuma endirmək iqtidarındasınız.

Son xəbərlər
Digər xəbərlər