8 C
Baku
Friday, January 10, 2025

İşdə stressdən xilas olmaq üçün 5 dəqiqə videooyun oynayın

Alimlər bunun sakitlikdə oturmaqdan və meditasiya etməkdən daha çox effektiv olduğunu təsdiq edib.

Mərkəzi Florida universitetinin araşdırma qrupu videooyunlar üçün beş dəqiqəlik fasilənin əhval-ruhiyyəni yaxşılaşdırdığını və gərgin əqli işdən sonra gücün bərpa olunmasına kömək etdiyini aşkar edib.

Araşdırma rəhbəri, psixoloq Michael Rupp qeyd edib: “Bəzən hətta bütün gücümüz tükənsə belə yumruğumuzu sıxaraq bütün işləri yerinə yetirməyə çalışırıq. Lakin bu zaman ən effektiv olan bir neçə dəqiqəlik işdən uzaqlaşmaqdır. Ən yaxşısı qısa fasilə edin, məmnunluq qazandıran və gücünüzü yenidən toplamağa imkan verən bir şeylə məşğul olun: məsələn, videooyun oynayın”.

Eksperiment zamanı iştirakçıların cari əhvalı ölçülüb. Daha sonra onlara əqli yorğunluğa səbəb olan tapşırıqlar verilib və əhvalları yenidən qiymətləndirilib. Bunun ardınca iştirakçılara 5 dəqiqəlik istirahət verilib. İştirakçılar 3 qrupa bölünür: bir qrup Sushi Cat videooyunu oynayır, ikinci qrup təlimçi ilə birlikdə meditasiya edir, üçüncü qrup isə sadəcə sakitlikdə əyləşir və kompüter, nə də mobil telefondan istifadə edir. Fasilədən sonra araşdırma müəllifləri yenidən onların əhvallarını yoxlayır.

Belə məlum olur ki, oyun oynayanların əhvalları əhəmiyyətli dərəcədə yaxşılaşıb. Sakitlikdə əyləşənlərdə isə əksinə, vəziyyət daha da pisləşib.

Bu videooyunların faydasını təsdiq edən ilk araşdırma deyil. 2014-cü ildə alimlər bu oyunların işdən sonra gücü bərpa etməyə və stressi azaltmağa kömək etdiyini qeyd etmişdilər.

Son xəbərlər
Digər xəbərlər